Atatürk prospektində baş verən yanğında xəsarət alan olub? RƏSMİ
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"16.11.2026-cı il tarixində saat 15:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Xəsarət alan qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Günəş Mərd
Baxış sayı:101
Bu xəbər 16 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















