Atatürkün türklərə etdiyi pisliyi Stalin azərbaycanlılara etmədi Seymur Baycan | Icma.az
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Seymur Baycanın Azərbaycan dili haqqında yazısını təqdim edir.
Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var.
Yüzlərlə adam Azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb.
Yüzlərlə adam Azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb… Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə Azərbaycan dilinin tərəfini saxlamadı.
Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar.
Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı.
Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir.
Tam oxu
Xəbəri oxu