“Atəşgah Sığorta”dan 30 illik yubileyə özəl avtomobil kampaniyası

24.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il 30 illik yubileyini qeyd edən “Atəşgah Sığorta” Şirkəti ASC bu  əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd etmək məqsədilə xüsusi kampaniyaya start verir.

Yubiley münasibətilə təşkil olunan kampaniya çərçivəsində iştirakçılar avtomobil qazanmaq şansı əldə edəcəklər.

Şirkətin 30 illik fəaliyyətinə həsr olunan kampaniya müştərilərlə münasibətlərin daha da möhkəmləndirilməsi və yubiley sevincinin onlarla bölüşülməsi məqsədi daşıyır. Bu təşəbbüslə “Atəşgah Sığorta” Şirkəti  yubileyini müştəriləri üçün də xüsusi fürsətə çevirməyi hədəfləyir.

Kampaniyada Əmlak və ya Səyahət sığortası üzrə qüvvədə olan sığorta müqaviləsinə malik fiziki şəxslər iştirak edə bilərlər. Beləliklə, qeyd olunan sığorta məhsullarından biri üzrə qüvvədə olan müqaviləyə malik şəxslər kampaniyada iştirak edərək avtomobil qazanmaq imkanı əldə edirlər.

Kampaniyanın ətraflı iştirak şərtləri, qaydaları və hədiyyələrin tam siyahısı ilə “Atəşgah Sığorta” Şirkətinin rəsmi internet saytında tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью