“Atəşgah Sığorta”dan 30 illik yubileyə özəl avtomobil kampaniyası
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il 30 illik yubileyini qeyd edən “Atəşgah Sığorta” Şirkəti ASC bu əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd etmək məqsədilə xüsusi kampaniyaya start verir.
Yubiley münasibətilə təşkil olunan kampaniya çərçivəsində iştirakçılar avtomobil qazanmaq şansı əldə edəcəklər.
Şirkətin 30 illik fəaliyyətinə həsr olunan kampaniya müştərilərlə münasibətlərin daha da möhkəmləndirilməsi və yubiley sevincinin onlarla bölüşülməsi məqsədi daşıyır. Bu təşəbbüslə “Atəşgah Sığorta” Şirkəti yubileyini müştəriləri üçün də xüsusi fürsətə çevirməyi hədəfləyir.
Kampaniyada Əmlak və ya Səyahət sığortası üzrə qüvvədə olan sığorta müqaviləsinə malik fiziki şəxslər iştirak edə bilərlər. Beləliklə, qeyd olunan sığorta məhsullarından biri üzrə qüvvədə olan müqaviləyə malik şəxslər kampaniyada iştirak edərək avtomobil qazanmaq imkanı əldə edirlər.
Kampaniyanın ətraflı iştirak şərtləri, qaydaları və hədiyyələrin tam siyahısı ilə “Atəşgah Sığorta” Şirkətinin rəsmi internet saytında tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Noyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















