Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriya hökuməti ilə SDQ arasında yanvarın 18-də əldə olunan atəşkəs razılaşma kağız üzərində qaldı. Silahlar susmadı.
Hadisələrin gedişi göstərdi ki, Dəməşqlə əldə edilən razılaşma SDQ daxilində və onu yönləndirən xarici dairələrdə ciddi narahatlıq yaradıb.
Nəticədə İŞİD faktoru yenidən dövriyyəyə buraxıldı və Rakka mərkəzli “nəzarətli xaos” mexanizmi işə salındı. Atəşkəs niyə pozuldu?
Yanvarın 16-da Suriya ordusunun Fərat çayının qərbində YPG/SDQ-yə qarşı başladığı əməliyyat qəbilə qüvvələrinin dəstəyi ilə çayın şərqinə doğru genişləndi.
Qısa müddətdə Rakka və Deyr əz-Zorun böyük hissəsi hökumət qüvvələrinin nəzarətinə keçdi.
Bu reallıq fonunda SDQ-nin Dəməşqlə razılaşmaya getməsi məcburi addım idi.
Razılaşmanın bəndlərində SDQ-nin Rakka və Deyr əz-Zordan tam geri çəkilməsi, Həsəkədə dövlət qurumlarının mərkəzi hakimiyyətə təhvil verilməsi, Sərhəd-keçid məntəqələri və enerji ehtiyatlarının dövlət nəzarətinə qaytarılması, SDQ üzvlərinin fərdi qaydada təhlükəsizlik strukturlarına inteqrasiyası, İŞİD üzvlərinin saxlandığı Aktan və Şəddadi həbsxanalarının təhvil verilməsi idi.