Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Atəşkəs pozuldu, maskalar düşdü: İŞİD kartı masaya qoyuldu, pərdəarxası savaş

Atəşkəs pozuldu, maskalar düşdü: İŞİD kartı masaya qoyuldu, pərdəarxası savaş

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya hökuməti ilə SDQ arasında yanvarın 18-də əldə  olunan atəşkəs razılaşma kağız üzərində qaldı. Silahlar susmadı. Hadisələrin gedişi göstərdi ki, Dəməşqlə əldə edilən razılaşma SDQ daxilində və onu yönləndirən xarici dairələrdə ciddi narahatlıq yaradıb. Nəticədə İŞİD faktoru yenidən dövriyyəyə buraxıldı və Rakka mərkəzli “nəzarətli xaos” mexanizmi işə salındı.

Atəşkəs niyə pozuldu?
Yanvarın 16-da Suriya ordusunun Fərat çayının qərbində YPG/SDQ-yə qarşı başladığı əməliyyat qəbilə qüvvələrinin dəstəyi ilə çayın şərqinə doğru genişləndi. Qısa müddətdə Rakka və Deyr əz-Zorun böyük hissəsi hökumət qüvvələrinin nəzarətinə keçdi. Bu reallıq fonunda SDQ-nin Dəməşqlə razılaşmaya getməsi məcburi addım idi.
Razılaşmanın bəndlərində SDQ-nin Rakka və Deyr əz-Zordan tam geri çəkilməsi, Həsəkədə dövlət qurumlarının mərkəzi hakimiyyətə təhvil verilməsi, Sərhəd-keçid məntəqələri və enerji ehtiyatlarının dövlət nəzarətinə qaytarılması, SDQ üzvlərinin fərdi qaydada təhlükəsizlik strukturlarına inteqrasiyası, İŞİD üzvlərinin saxlandığı Aktan və Şəddadi həbsxanalarının təhvil verilməsi idi. Lakin  bu razılaşma SDQ tərəfindən bilərəkdən bloklandı.

İŞİD kartı niyə yenidən masaya qoyuldu?
Suriya ordusunun açıqlamasında açıq şəkildə bildirilir:
“SDQ-nin Şəddadi həbsxanasından İŞİD üzvlərini azad etməsindən sonra ordu qüvvələri əməliyyata başlamağa məcbur qaldı”.
Bu, gözlənilən  və klassik “nəzarətli xaos” modelidir. SDQ bu taktikaya üstünülük verməklə bölgədə yenidən təhlükəsizlik boşluğu yaradılır, İŞİD elementi aktivləşdirilir, beynəlxalq ictimaiyyətə “alternativsiz aktor” mesajı ötürülür.
Başqa sözlə, SDQ demək istəyir ki, “biz olmasaq, İŞİD qayıdar” mesajını vermis olur.

Kimlər bu razılaşmanın pozulmasında maraqlı idi?
Bu sualın cavabı çoxqatlıdır.
Birincisi, PKK/YPG daxilindəki radikal qanad Dəməşqlə inteqrasiyanı faktiki olaraq özünün siyasi və hərbi sonu kimi görür.
İkincisi, xarici oyunçular. SDQ üzərində təsir imkanları olan bəzi dairələr üçün vahid və mərkəzləşdirilmiş Suriya modeli qəbuledilməzdir. Məhz bu kontekstdə ABŞ senatoru Lindsi Qremin açıqlaması diqqət çəkir:
“Əgər Suriya ordusu Rakkaya girərsə, təkcə sümükləri qıran sanksiyalar deyil, ABŞ–Suriya münasibətlərinə də ciddi zərbə dəyəcək”.
Bu açıqlama faktiki olaraq SDQ-yə verilən siyasi mesaj kimi oxunur.

Məzlum Əbdi nəyi etiraf etdi?
SDQ-nin baş komandanı Məzlum Əbdi Kobaninin son açıqlaması isə prosesin mahiyyətini dolayısı ilə təsdiqləyir:
“Bu müharibə bizə zorla yeridildi… bir çox qüvvələr tərəfindən planlaşdırılmışdı.”
Bu “qüvvələrin” kim olduğu açıqlanmır, amma mesaj aydındır: qərarlar təkcə yerli səviyyədə verilmir.

Tramp–Şara telefon danışığı nə deməkdir?
Gərginlik fonunda ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Əhməd əş-Şara arasında baş tutan telefon danışığı mühüm siyasi siqnaldır. Rəsmi bəyanatda vurğulanır ki, Suriyanın ərazi bütövlüyü dəstəklənir, İŞİD-lə mübarizə davam etdiriləcək, vahid və sabit Suriya modeli əsas hədəfdir
Bu, Ağ Evin hazırkı administrasiyasının SDQ-nin “xaos üzərindən mövcudluq” strategiyasına yaşıl işıq yandırmadığını göstərir.

Ankara faktoru: oyunun real müəyyənedicisi
Suriya liderinin Trampdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışması təsadüfi deyil. Ankara üçün mesaj aydındır, ya inteqrasiya, ya da məhvolma.
PKK/YPG/SDQ xətti “İŞİD kartı” ilə vaxt qazanacağını düşünürsə, ciddi yanılır. Türkiyənin mövqeyi dəyişməzdir və açıqdır. Ankara “Terrorsuz Türkiyə” strategiyasını regionun kənarında yox, mənbədə reallaşdırmaq niyyətindədir. Ankara sərhədində suverenliyinə və milli təhlükəsizliyinə təhdid yaradacaq istənilən  hərəkətə imkan verməyəcək və  istənilən variantla bunun qarşısını alacaq. Necə ki, biz son illərdə bunun şahidiyik. Bölgədə Türkiyəyə təhdid yaradan sonuncu terror yuvası məhv edilənədək Ankaranın mübarizəsi davam edəcək. 
Rakkada baş verənlər göstərdi ki, atəşkəs SDQ üçün taktiki manevr idi, İŞİD faktoru hələ də siyasi alət kimi istifadə olunur, “nəzarətli xaos” ssenarisi ifşa olunub.
Bu ssenari nə Dəməşqi, nə Ankaranı, nə də indiki ABŞ administrasiyasını dayandıra biləcək gücə malik deyil. Əksinə, SDQ üçün itkilərin dərinləşməsi qaçılmaz görünür.
İŞİD kartı artıq əvvəlki təsiri göstərmir. Region yeni mərhələyə keçib.
 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri