Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyunun 5-6-sında ATƏT Məkanında Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə üzrə Parlamentlərarası Konfrans keçirilir.
Milli Məclisin deputatı, ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev sessiyada çıxış edib.
Turkustan.az A.Quliyevin çıxışını təqdim edir: “Hörmətli həmkarlar! Əziz nümayəndələr! Hörmətli xanımlar və cənablar!
İlk növbədə, səmimi qonaqpərvərlik göstərdikləri üçün italiyalı dostlarımıza və təşkilatçılara dərin təşəkkürümü bildirirəm.
Bu tarixi əhəmiyyətə malik möhtəşəm Roma şəhərində sizlərlə birlikdə olmaq mənim üçün böyük bir məmnuniyyət və şərəfdir.
Bu şəhər, qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün olduqca layiqli bir məkandır.
İcazənizlə, bir məsələni aydın şəkildə ifadə etmək istəyirəm: Mən sizə korrupsiyanın cəmiyyətlərimizə zərər verdiyini, iqtisadiyyatlarımızı zəiflətməkdə, demokratik institutları sarsıtmaqda və ən əsası, vətəndaşlarımızın təhlükəsizliyinə və etimadına xələl gətirməkdə olduğunu izah etməyə vaxt sərf etməyəcəyəm.