Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT in mühüm Konfransında Azərbaycan nümunəvi ölkə kimi təqdim edildi

ATƏT in mühüm Konfransında Azərbaycan nümunəvi ölkə kimi təqdim edildi

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 5-6-sında ATƏT Məkanında Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə üzrə Parlamentlərarası Konfrans keçirilir.

Milli Məclisin deputatı, ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin Sədri Azay Quliyev sessiyada çıxış edib.

Turkustan.az A.Quliyevin çıxışını təqdim edir: “Hörmətli həmkarlar!
Əziz nümayəndələr!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, səmimi qonaqpərvərlik göstərdikləri üçün italiyalı dostlarımıza və təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Bu tarixi əhəmiyyətə malik möhtəşəm Roma şəhərində sizlərlə birlikdə olmaq mənim üçün böyük bir məmnuniyyət və şərəfdir. Bu şəhər, qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün olduqca layiqli bir məkandır. İcazənizlə, bir məsələni aydın şəkildə ifadə etmək istəyirəm: Mən sizə korrupsiyanın cəmiyyətlərimizə zərər verdiyini, iqtisadiyyatlarımızı zəiflətməkdə, demokratik institutları sarsıtmaqda və ən əsası, vətəndaşlarımızın təhlükəsizliyinə və etimadına xələl gətirməkdə olduğunu izah etməyə vaxt sərf etməyəcəyəm. Bu nəticələr artıq hamımıza yaxşı bəllidir. ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri və Assambleyamızın ən uzunmüddətli üzvü kimi, mən dəfələrlə şahidi olmuşam ki, ATƏT PA, xüsusilə bizim Komitəmiz, korrupsiyanın əsas səbəblərinə toxunan mühüm məsələləri hər zaman gündəmə gətirib. Biz yaxşı idarəçilik, şəffaflıq və hesabatlılığın təmin olunması məqsədilə ATƏT məkanında çoxsaylı qətnamə və tövsiyələr qəbul etmişik. Əlavə olaraq qeyd etmək istərdim ki, ATƏT PA 2019-cu ildən etibarən Korrupsiyaya qarşı Mübarizə üzrə Xüsusi Nümayəndə təyin etmiş və bu vəzifəni hörmətli İrene Charalambides böyük peşəkarlıqla icra etməkdədir.
Hörmətli həmkarlar!
Bu gün çıxışımda korrupsiyaya qarşı mübarizədə vacib olan praktiki və real addımlara diqqət çəkmək istəyirəm. Sirr deyil ki, bu mübarizədə uğur qazanmaq üçün dörd əsas şərt təmin edilməlidir:
1. Aydın və məqsədyönlü anti-korrupsiya strategiyası
2. Güclü siyasi iradə
3. Effektiv icra və nəzarət mexanizmləri
4. Bütün səviyyələrdə yaxşı idarəçilik
Bu mənada hesab edirəm ki, ATƏT-ə üzv olan bütün dövlətlər üç əsas istiqamətə xüsusi önəm verməlidir:
1.Geniş və aydın qanunvericilik
Səmərəli anti-korrupsiya strategiyasının əsası güclü qanunvericilikdir. Hüquqi çərçivələr hərtərəfli olmalı, beynəlxalq standartlara uyğunlaşdırılmalı və korrupsiya hallarının bütün formalarını əhatə etməli və vaxtında qarşısını almaq üçün hüquqi baza formalaşdırmalıdır.
2. Effektiv institutlar və şəffaflıq
Qanunların olması yetərli deyil. Bu qanunların icrasını təmin edəcək müstəqil, səlahiyyətli və resurslarla təmin olunmuş qurumlar formalaşdırılmalıdır. Eyni zamanda, idarəetmənin bütün sahələrində, dövlət satınalmalarından tutmuş büdcənin xərclənməsinə, siyasət formalaşdırılması və xidmət göstərilməsinə qədər şəffaflıq əsas prinsip olmalıdır.
Burada mən ölkəmdən, Azərbaycandan iki innovativ nümunəni qeyd etmək istəyirəm ki, bunlar ictimai xidmətlərin təqdimatında inqilabi dəyişiklik yaratmış və korrupsiyanı tam olaraq aradan qaldırmışdır:
• ASAN Xidmət: Bu təşəbbüs 320-dən çox dövlət xidmətini bir məkanda cəmləşdirməklə, vətəndaşların mürəkkəb bürokratik proseslərlə üzləşməsinin qarşısını almışdır. Standartlaşdırılmış xidmətlər, şəffaf rüsumlar və real vaxtda verilən rəy mexanizmləri vətəndaşların dövlətə inamını artırmış və rüşvət imkanlarını aradan qaldırmışdır. Birləşmiş Millətlər Təşkilatı bu modeli 25-dən çox ölkəyə tövsiyə etmişdir.
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi): Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən bu agentlik “bir pəncərə” prinsipi ilə 13 kateqoriya üzrə 161 sosial xidməti mərkəzləşdirilmiş şəkildə təqdim edir. Bu model Moldova, Özbəkistan və Serbiya da daxil olmaqla bir sıra ölkələr tərəfindən öyrənilmiş və tətbiq edilməkdədir”.
A.Quliyev daha sonra bildirib: “Bu nümunələr bir daha sübut edir ki, institusional yeniliklər, rəqəmsal transformasiya və siyasi iradə korrupsiyaya qarşı güclü vasitələr ola bilər və bu sahədə Azərbaycanın təcrübəsi ATƏT məkanında geniş tətbiq üçün uğurlu modeldir.

3. Hüquqi tədbirlər və adekvat cəzalar

Korrupsiyaya qarşı mübarizənin təsirli olması üçün ədalət prinsipi qətiyyətlə və qərəzsiz tətbiq edilməlidir. Dövlət vəzifəsindən şəxsi mənafe üçün istifadə edənlər, vəzifəsindən və siyasi statusundan asılı olmayaraq, ədalətli şəkildə cavab verməlidirlər. Eyni zamanda, hüquqi proseslər qərəzsiz olmalı və qanunun aliliyinə tam şəkildə əsaslanmalıdır”.

Deputat daha sonra bildirib: “Hörmətli həmkarlar! Qanunverici orqanın üzvləri olaraq bizdən gözlənilən əsas vəzifə dürüst və qətiyyətli şəkildə hərəkət etməkdir. Qanun layihələrinin hazırlanması və qəbul edilməsi ilə vəzifəmiz bitmir. Biz eyni zamanda ciddi nəzarət həyata keçirməli, ictimaiyyəti bu prosesə cəlb etməli və beynəlxalq əməkdaşlığı gücləndirməliyik. İllər ərzində Assambleyamız, xüsusilə də bizim Komitə bir çox əhəmiyyətli təşəbbüslərə imza atmışdır. Məsələn, 2024-cü ildə qəbul olunmuş Buxarest Bəyannaməsi beynəlxalq donorları korrupsiyaya qarşı daha güclü yoxlama mexanizmləri tətbiq etməyə çağırmışdır ki, verilən maliyyə və hərbi yardımlar mənimsənilməsin. 2023-cü ildən etibarən isə ATƏT PA, ATƏT məkanında korrupsiyaya qarşı mübarizə üzrə əlaqələndirici məntəqələr sisteminə dəstək göstərir və bu istiqamətdə ilk illik hesabatın hazırlanmasına töhfə verir. Bugünkü konfrans bizim üçün təcrübə mübadiləsi aparmaq, innovativ yanaşmaları bölüşmək və bir-birimizdən öyrənmək baxımından dəyərli bir fürsətdir. Sonda, ATƏT PA-nın seçilmiş rəhbərləri olaraq biz korrupsiyanın aradan qaldırılması və ATƏT məkanında sabitliyin möhkəmləndirilməsi məqsədilə üzv ölkələr, beynəlxalq tərəfdaşlar və siyasət qurumları arasında əməkdaşlığı gücləndirmək öhdəliyimizi bir daha təsdiqləməliyik.
Müzakirələri səbirsizliklə gözləyirəm və suallarınızı cavablandırmaqdan məmnun olaram. Diqqətinizə görə təşəkkür edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyun 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri