Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təşkilatın Nazirlər Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ən mühüm hadisə kimi dəyərləndirilib Azərbaycan beynəlxalq platformalarda fəal təmsil olunur.
Bu baxımdan, ölkəmiz ATƏT-in tədbirlərində də aktiv iştirak edir.
4-5 dekabr tarixlərində Vyana şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclasında ölkəmiz xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin dəvəti ilə keçirilən bu tədbirdə təşkilatın 57 iştirakçı dövlətinin və əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri iştirak edib.
Rəsmi məlumata görə, dekabrın 4-5-də keçirilən iclasların təşkilata bu il sədrlik edən Finlandiyada deyil, Avstriyada baş tutmasına dair qərar iştirakçı dövlətlərin və ATƏT Katibliyinin səfərlərlə bağlı yükünün azaldılmasına, həmçinin tədbirin ətraf mühitə təsirinin minimuma endirilməsinə yönəlmiş öhdəliyi əks etdirir.
ATƏT-in ali qərarverici orqanı olan Nazirlər Şurası xarici işlər nazirlərinə ATƏT məkanında təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək, aktual məsələləri müzakirə etmək, həmçinin təşkilatın fəaliyyət sahələri üzrə gördüyü işləri qiymətləndirmək imkanı təqdim edib.
Ceyhun Bayramov: Regionda sülh de-fakto bərqərar olub Tədbirdə çıxış edən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib ki, Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir.