Icma.az
close
up
RU
ATƏT regionu üçün nümunə...

ATƏT regionu üçün nümunə...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təşkilatın Nazirlər Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ən mühüm hadisə kimi dəyərləndirilib

Azərbaycan beynəlxalq platformalarda fəal təmsil olunur. Bu baxımdan, ölkəmiz ATƏT-in tədbirlərində də aktiv iştirak edir. 4-5 dekabr tarixlərində Vyana şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclasında ölkəmiz xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin dəvəti ilə keçirilən bu tədbirdə təşkilatın 57 iştirakçı dövlətinin və əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri iştirak edib. Rəsmi məlumata görə, dekabrın 4-5-də keçirilən iclasların təşkilata bu il sədrlik edən Finlandiyada deyil, Avstriyada baş tutmasına dair qərar iştirakçı dövlətlərin və ATƏT Katibliyinin səfərlərlə bağlı yükünün azaldılmasına, həmçinin tədbirin ətraf mühitə təsirinin minimuma endirilməsinə yönəlmiş öhdəliyi əks etdirir. ATƏT-in ali qərarverici orqanı olan Nazirlər Şurası xarici işlər nazirlərinə ATƏT məkanında təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək, aktual məsələləri müzakirə etmək, həmçinin təşkilatın fəaliyyət sahələri üzrə gördüyü işləri qiymətləndirmək imkanı təqdim edib.

Ceyhun Bayramov: Regionda sülh de-fakto bərqərar olub

Tədbirdə çıxış edən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirib ki, Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir. Onun sözlərinə görə, Helsinki Yekun Aktının imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da, təəssüf ki, bu, mümkün deyil. Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair bir xatırlatmadır. Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq. Azərbaycanın ağrılı təcrübəsi göstərir ki, bu prinsiplər hamıya bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir.

C.Bayramov qeyd edib ki, ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb: “Sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib. Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər. Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladıq. Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm”.

Nazir diqqətə çatdırıb ki, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub. Onun sözlərinə görə, bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir. Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.

Ermənistandan siyasi iradə və məsuliyyət gözləyirik

Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur. Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. “Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq. Ermənistan konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq”,-deyən C.Bayramov əlavə edib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir.

Nazir onu da söyləyib ki, Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir: “Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə etməlidir”.

ATƏT sədri: Bu, ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 32-ci iclasında Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara və tərəflər arasında davam edən sülh prosesinə xüsusi diqqət yetirilib. Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub: “Mən hər iki ölkəyə səfər edərək sülh prosesi ilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən məsələlərlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.

İclasda xarici işlər nazirlərinin çıxışları zamanı, eləcə də Şuranın 4 dekabr tarixli plenar iclasının ikinci hissəsində münaqişədən sonrakı dövrdə regionda baş verən dəyişikliklərə müsbət qiymət verilib. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Konfransın Yekun Aktının imzalanmasının 50-ci ildönümü ərəfəsində baş tutsa da, bir çox natiqlər mövcud vəziyyətin heç də bayram əhval-ruhiyyəsinə uyğun olmadığını bildiriblər. Ancaq Cənubi Qafqazda sülh prosesi mühüm hadisə kimi dəyərləndirilib.

İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışarkən bildirib ki, siyasi iradə və güclü liderlik sülh yolunda müsbət nəticələrə gətirib çıxara bilər. “İrlandiyada sülh quruculuğu ilə bağlı tariximiz bizə sülhün bir proses olduğunu və davamlı sülhün hesabatlılıq və hərtərəfli yanaşma tələb etdiyini öyrətdi”, - deyə o, Cənubi Qafqazda dinc inkişafın müsbət nəticələnəcəyinə əminliyini ifadə edərək bildirib.

İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir çıxışında deyib ki, Azərbaycan və Ermənistan arasında son razılaşmaların və razılaşma əldə etmək üçün davam edən işlərin regionda sülhə və sabitliyə gətirib çıxaracağına böyük ümid var.

Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi İnes Dominqosun sözlərinə görə, Azərbaycan və Ermənistan 8 avqustda onilliklər boyu davam edən düşmənçiliyə son qoyacaq və digər uzunmüddətli münaqişələr üçün nümunə ola biləcək razılaşmalar əldə ediblər: “Bu razılaşma ATƏT regionunda sabitliyə əhəmiyyətli töhfə verir, Cənubi Qafqazda sülh və rifah üçün yeni imkanlar açır. Səmimi qəlbdən ümid edirik ki, bu, digər uzunmüddətli münaqişələrin və gərginliklərin həlli üçün ilham mənbəyi olacaq”.

İspaniya nümayəndə heyətinin rəhbəri, beynəlxalq məsələlər üzrə dövlət katibi Dieqo Martines Bellio da fikirlərini belə ruhda ifadə edib: “Biz xüsusilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin inkişafını alqışlayırıq. Qeyd etmək istərdim ki, bu, Helsinki prosesinin canlanmasına xidmət etməlidir”.

Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis regiondakı vəziyyəti münaqişələrin həlli üçün model adlandırıb.

İtaliya xarici işlər nazirinin müavini Giorgio Cillinin sözlərinə görə, Roma Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır, Cənubi Qafqazda sülh və inkişafın yeni mərhələsinə töhfə verməyə əvvəlki kimi sadiqdir.

Rumıniyanın xarici işlər naziri Oana Toyu isə  Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaları və davam edən sülh prosesini tarixi adlandırıb.

Slovakiyanın xarici işlər naziri Yuray Blanar da bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma tarixi hadisədir, sülh yolu ilə həll yolunda davam edən birgə səylər münaqişələrin dinc vasitələrlə həllinin həqiqətən mümkün olduğunu təsdiqləyir. O əlavə edib ki, region sülhə, sabitliyə və rifaha layiqdir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri