Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü oynuna çıxacaq.
İdman.Biz xəbər verir ki, “Qarabağ”ın rəqibi Bilbao təmsilçisi “Atletik”dir.
Bu komanda İspaniya futbolunun nəhənglərindən sayılmasa da, avrokuboklarda böyük təcrübəyə malikdir.
2011/12 mövsümündə Avropa Liqasının finalına qədər yüksəlmiş, lakin Madrid “Atletiko”suna 0:3 hesabı ilə uduzmuşdu.
Bask təmsilçiləri Çempionlar Liqasına bu mövsüm uğursuz başlayıblar: Londonun “Arsenal” klubuna (0:2), Dortmunda “Borusiya”sına (1:4) məğlubiyyət.
Amma “Qarabağ” qrup mərhələsinə ideal şəkildə başlayıb - səfərdə Lissabon “Benfika”sını 3:2, evdə isə Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, bu, Ağdam klubunun Çempionlar Liqasında ikinci səfər oyunudur.