Icma.az
close
up
RU
“Atletik” “Qarabağ”: Ağdam klubunu niyə Lissabondan daha çətin oyun gözləyir? in ANALİZİ

“Atletik” “Qarabağ”: Ağdam klubunu niyə Lissabondan daha çətin oyun gözləyir? in ANALİZİ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü oynuna çıxacaq.

İdman.Biz xəbər verir ki, “Qarabağ”ın rəqibi Bilbao təmsilçisi “Atletik”dir. Bu komanda İspaniya futbolunun nəhənglərindən sayılmasa da, avrokuboklarda böyük təcrübəyə malikdir. 2011/12 mövsümündə Avropa Liqasının finalına qədər yüksəlmiş, lakin Madrid “Atletiko”suna 0:3 hesabı ilə uduzmuşdu.

Bask təmsilçiləri Çempionlar Liqasına bu mövsüm uğursuz başlayıblar: Londonun “Arsenal” klubuna (0:2), Dortmunda “Borusiya”sına (1:4) məğlubiyyət. Amma “Qarabağ” qrup mərhələsinə ideal şəkildə başlayıb - səfərdə Lissabon “Benfika”sını 3:2, evdə isə Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu, Ağdam klubunun Çempionlar Liqasında ikinci səfər oyunudur. Və növbəti qarşılaşma ola bilsin üslub baxımından “köhlən atlar” üçün Lissabondakından fərqli olsun.

“Atletik”in ÇL-də və İspaniya Liqasındakı uğursuzluqlarına baxmayaraq, basklar “San Mames” stadionunda daha inamlı çıxış edir – bu mövsüm burada üç qələbə qazanıblar, bir dəfə heç-heçə edib, bir dəfə də uduzublar. Oyun tərzlərinə gəldikdə isə, cinahlardan çox hücum edirlər və dəqiq ötürmələrin sayına görə La Liqanın lider komandalarındandırlar. Yəni biz cinahlardan cərimə meydançasına daha çox ötürmə izləyəcəyik. Bu isə o deməkdir ki, “Qarabağ” cərimə meydanı ətrafında qaydaları pozmadan həm hava, həm də fiziki mübarizələri uduzmamalıdırlar.

“Atletik”in üstünlükləri

Rəqibin “açar” oyunçuları arasında Uilyams qardaşları xüsusi seçilir. Sol cinah hücumçusu Niko Uilyams La Liqada 90 dəqiqə ərzində ən çox uğurlu driblinq edən oyunçular arasındadır və təhlükəli sürətli çıxışları ilə tanınır. Böyük qardaşı İnyaki Uilyams isə rəqib arxasına sızması ilə fərqlənir. Cərimə meydanında Qorka Quruzeta aktivdir, ötürmələri və hava toplarını tamamlayır. Oihan Sanset xətlərarası əlaqəni birləşdirən və son ötürmələrdən məsul oyunçudur. Aleks Berenger isə sol cinahdan daimi və kəskin ötürmələr edir. Təcrübəli müdafiəçi Aymerik Laportun qayıdışı isə standart vəziyyətlərdə komandanın gücünü artırıb.

“Qarabağ” nə etməlidir?

“Benfika” ilə oyunda “Qarabağ”ın oyun və yekun zərbələr üçün daha böyük sahəsi vardı. Amma Bilbaoda vəziyyət fərqli ola bilər: mərkəzdə daha az boşluq, kənarlarda daha çox ikili mübarizə və cərimə meydanına çoxlu ötürmələr gözlənilir.

“Qarabağ” üçün əsas məqsəd cinahları bağlamaqdır. Kənar müdafiəçi ilə dayaq yarımmüdafiəçi arasında sıx əlaqə olmalı, ötürmə vaxtı azaldılmalı, cərimə meydanı ətrafında ehtiyatlı şəkildə sığortalama təmin olunmalıdır. Cərimə meydançasının küncündə artıq-əskik kobudluqlardan uzaq olmaq vacibdir - “Atletik” standart vəziyyətləri yaxşı yerinə yetirir, ona görə də belə halların qarşısını mövqe oyunu ilə almaq daha düzgündür. Qapı qarşısında intizama xüsusi diqqət yetirilməlidir. Təkcə ilk topun uzaqlaşdırılması yox, həm də “ikinci top”un dərhal ələ keçirilməsi vacibdir.

Yekun olaraq...

Ehtimal ki, basklar tempi artırmağa və “Qarabağ”ı fiziki baxımdan tükəndirməyə çalışacaqlar. Bu zaman Ağdam təmsilçisinə oyunun ritmini aşağı salmaq üçün itkisiz 2-3 qısa ötürmə etmək, rəqibin oyun planını pozmaq lazımdır.

Bilbaoda “Qarabağ” üçün açıq sahələr az olacaq, fiziki və hava mübarizələri çox olacaq. Qurban Qurbanovun komandası daha çox dözümlülük və təzyiqə davamlılıq göstərməli olacaq, nəinki Lissabonda olduğu kimi açıq oyun nümayiş etdirmək.

Amma nizam-intizam və cinahlarda ağıllı oyun “Qarabağ”a rəqibin hücumlarının qarşısını almağa və imkan düşdükdə səhvlərdən yararlanaraq qol vurmağa şərait yarada bilər. Bu mövsüm Çempionlar Liqasında “Qarabağ” artıq sübut edib ki, Avropanı təəccübləndirməyi bacarır. Bəlkə bu dəfə də Bilbaoda eyni şey təkrarlanacaq.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri