Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC“Qarabağ” əsas mərhələdə keçirdiyi hər iki oyunda qalib gəlməklə Azərbaycan xalqında və futbol ictimaiyyətində böyük inam yaradıb.
Ona görə də əminəm ki, “Atletik”lə matçda da xal və ya xallar qazana bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniyada “Atletik”ə qarşı keçirəcəyi III tur oyunu ilə bağlı danışarkən deyib.2015-ci ildə Bakı “İnter”inin heyətində Avropa Liqasinin III təsnifat mərhələsində Bilbao klubuna qarşı oynamış veteran hücumçu hazırkı komandanın daha keyfiyyətli olduğunu söyləyib: “Bakıda 0:0, İspaniyada 2:0 hesabı qeydə alınmışdı.
Həmin vaxt komandada Arits Aduris, İbay Qomes kimi səviyyəli futbolçular çıxış edirdi. Buna baxmayaraq, çox layiqli mübarizə aparmışdıq.
O zamanlarda da klubun baş məşqçisi Ernesto Valverde idi. Çox təcrübəli, oyunu və oyunçuları yaxşı oxuya bilən mütəxəssisdir.
“Barselona” kimi nüfuzlu komandada da işləyib. Hazırda yenidən “Atletik”ə rəhbərlik edir”.
Azərbaycan millisinin keçmiş oyunçusunun sözlərinə görə, indiki “Qarabağ” o dövrdəki “İnter”dən qat-qat daha güclü kollektivdir: “Amma “Atletik” istənilən halda çətin və bir o qədər də ciddi rəqibdir.