Icma.az
close
up
RU
“Atletik”ə qarşı oynamış futbolçu: “Qarabağ” bugünkü matçda xal və ya xallar qazana bilər

“Atletik”ə qarşı oynamış futbolçu: “Qarabağ” bugünkü matçda xal və ya xallar qazana bilər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

“Qarabağ” əsas mərhələdə keçirdiyi hər iki oyunda qalib gəlməklə Azərbaycan xalqında və futbol ictimaiyyətində böyük inam yaradıb. Ona görə də əminəm ki, “Atletik”lə matçda da xal və ya xallar qazana bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniyada “Atletik”ə qarşı keçirəcəyi III tur oyunu ilə bağlı danışarkən deyib.

2015-ci ildə Bakı “İnter”inin heyətində Avropa Liqasinin III təsnifat mərhələsində Bilbao klubuna qarşı oynamış veteran hücumçu hazırkı komandanın daha keyfiyyətli olduğunu söyləyib: “Bakıda 0:0, İspaniyada 2:0 hesabı qeydə alınmışdı. Həmin vaxt komandada Arits Aduris, İbay Qomes kimi səviyyəli futbolçular çıxış edirdi. Buna baxmayaraq, çox layiqli mübarizə aparmışdıq. O zamanlarda da klubun baş məşqçisi Ernesto Valverde idi. Çox təcrübəli, oyunu və oyunçuları yaxşı oxuya bilən mütəxəssisdir. “Barselona” kimi nüfuzlu komandada da işləyib. Hazırda yenidən “Atletik”ə rəhbərlik edir”.

Azərbaycan millisinin keçmiş oyunçusunun sözlərinə görə, indiki “Qarabağ” o dövrdəki “İnter”dən qat-qat daha güclü kollektivdir: “Amma “Atletik” istənilən halda çətin və bir o qədər də ciddi rəqibdir. Əsas heyəti daha çox bask əsilli futbolçulardan təşkil olunub. Bu da komandanın özünəxas strategiyasıdır. Klubda ulduz simalar çox olmasa da, futbolçularından hər an hər şey gözləmək mümkündür. Rəqibin heyətində ən təhlükəli futbolçu Niko Uilyamsdır. “Qarabağ”ın müdafiəçilərinə çətinlik yarada biləcək oyunçudur. Onun sürətli keçidlərinin qarşısını almaq lazımdır”.

Qeyd edək ki, "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Hazırda Ağdam klubu 6 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Xalı olmayan Bilbao təmsilçisi isə 35-ci sırada yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri