Icma.az, Idman.biz saytına istinadən bildirir. “Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib
İdman.Biz xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib: “Açıq-aydın görürü
Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair iddialarla bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib: “Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir.
Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar.
Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır.
Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar.
Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.