“Atletik”in baş məşqçisi: “9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.
İdman.Biz xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib:
“Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq. Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair iddialarla bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib:
“Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar. Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Oktyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















