ATMU ilə “Absheron Hotel Group” arasında memorandum imzalanıb FOTOLAR | Icma.az
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “Absheron Hotel Group” şirkəti ar
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq universitetin prioritet istiqamətlərdən biri kimi məhz real s
İ.Mədətov bildirib ki, ATMU-da real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir.
Turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.
Daha sonra “Absheron Hotel Group”un icraçı direktoru Mehmet Balcik birgə əməkdaşlıq imkanları, gənclərin məşğulluğu, onların peşə bacarıqlarının inkişafı, təcrübə proqramlarının təşkilində maraqlı olduqlarını bildirib.
O qeyd edib ki, ATMU ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulması niyyətindədirlər.
M.Balcik əməkdaşlığın əsas istiqamətlərindən biri kimi tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək göstərmək olduğunu deyib.
Bu məqsədlə ATMU-nun tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqlar.
Tam oxu
Xəbəri oxu