ATMU ilə “Absheron Hotel Group” arasında memorandum imzalanıb FOTOLAR
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “Absheron Hotel Group” şirkəti arasında növbəti görüş keçirilib.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib.
İ.Mədətov bildirib ki, ATMU-da real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.
Daha sonra “Absheron Hotel Group”un icraçı direktoru Mehmet Balcik birgə əməkdaşlıq imkanları, gənclərin məşğulluğu, onların peşə bacarıqlarının inkişafı, təcrübə proqramlarının təşkilində maraqlı olduqlarını bildirib. O qeyd edib ki, ATMU ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulması niyyətindədirlər. M.Balcik əməkdaşlığın əsas istiqamətlərindən biri kimi tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək göstərmək olduğunu deyib. Bu məqsədlə ATMU-nun tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqlar. Həmçinin, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək. Görüşün sonunda ATMU ilə “Absheron Hotel Group” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















