ATMU nun dosenti Özbəkistanda akademik səfərdə olub

12.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Aynur Bağırlı Orhun Akademik Mübadilə Proqramı (OAMP) çərçivəsində Özbəkistanın Səmərqənd şəhərinə akademik səfər edib.

ATMU-nun dosenti Səmərqənd Dövlət Universitetində  tələbələrə “Sosial iş texnologiyaları: Case Management (Keys menecment)” və “Sosial təhlükəsizlik” mövzularında  mühazirə oxuyub. Azərbaycan və Özbəkistanın sosial iş və sosial müdafiə sahəsindəki təcrübələrinin müqayisəli təhlili ilə bərabər, mövcud yanaşmalar və inkişaf perspektivlərinə aydınlıq gətirib.

Dos.A.Bağırlı Səmərqənd Dövlət Universitetinə akademik səfəri çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ali təhsil sistemi və ATMU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinə dair təqdimatlarında ölkəmizin,həmçinin universitetin akademik mühitdə tanınması istiqamətində   fəaliyyətindən danışıb.

Səmərqənd Dövlət Universitetində təşkil olunan  elmi və maarifləndirici tədbirlərdə fəalliq göstərən A.Bağırlı,eyni zamanda adıkeçən təhsil müəssisəsində müvafiq ixtisası hədəfləyən gənclər qarşısında “Tələbələrin sərbəst işlərinin hazırlanması və yazılması: Azərbaycan təcrübəsi və beynəlxalq akademik yanaşmalar” mövzusunda məruzə ilə çıxış  edib.

Z.HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью