ATMU nun dosenti Özbəkistanda akademik səfərdə olub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Aynur Bağırlı Orhun Akademik Mübadilə Proqramı (OAMP) çərçivəsində Özbəkistanın Səmərqənd şəhərinə akademik səfər edib.
ATMU-nun dosenti Səmərqənd Dövlət Universitetində tələbələrə “Sosial iş texnologiyaları: Case Management (Keys menecment)” və “Sosial təhlükəsizlik” mövzularında mühazirə oxuyub. Azərbaycan və Özbəkistanın sosial iş və sosial müdafiə sahəsindəki təcrübələrinin müqayisəli təhlili ilə bərabər, mövcud yanaşmalar və inkişaf perspektivlərinə aydınlıq gətirib.
Dos.A.Bağırlı Səmərqənd Dövlət Universitetinə akademik səfəri çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ali təhsil sistemi və ATMU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinə dair təqdimatlarında ölkəmizin,həmçinin universitetin akademik mühitdə tanınması istiqamətində fəaliyyətindən danışıb.
Səmərqənd Dövlət Universitetində təşkil olunan elmi və maarifləndirici tədbirlərdə fəalliq göstərən A.Bağırlı,eyni zamanda adıkeçən təhsil müəssisəsində müvafiq ixtisası hədəfləyən gənclər qarşısında “Tələbələrin sərbəst işlərinin hazırlanması və yazılması: Azərbaycan təcrübəsi və beynəlxalq akademik yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















