Attestatla təhsil alanlar diplomlu işsizə çevrilir AÇIQLAMA | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Son illərdə Azərbaycan gənclərinin xaricdə attestatla təhsil almasına marağın azalması müşahidə olunur.
Əvvəllər bu istiqamət xüsusilə valideynlər və abituriyentlər tərəfindən imtahansız, sadəcə orta məktəb attestatı ilə qəbul olmaq kimi əlçatan yol kimi dəyərləndirilirdi.
Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya və bəzi Şərqi Avropa ölkələrində bu praktika geniş yayılmışdı və minlərlə azərbaycanlı gənc həmin ölkələrin universitetlərinə qəbul olunurdu.
Lakin zaman keçdikcə bu modelin həm üstünlükləri, həm də ciddi mənfi tərəfləri ortaya çıxdı”.Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, 2015–2020-ci illər arasında hər il minlərlə gənc attestatla xaricdə ali məktəblərə daxil olurdu:“Dövlət Statistika Komitəsinin qeydlərinə görə, 2020-ci ildə xaricdə təhsil alan azərbaycanlıların 50 faizdən çoxu məhz bu model ilə qəbul olunmuşdu.
Amma 2023-cü ildən etibarən bu rəqəmlərdə azalma tendensiyası müşahidə olunur.
Təhsil haqqında Qanunun 38-ci maddəsində açıq şəkildə qeyd olunur ki, xaricdə alınmış ali təhsil diplomu yalnız Azərbaycan Respublikasında tanındıqdan sonra hüquqi qüvvəyə minir.
Tam oxu
Xəbəri oxu