Icma.az
close
up
RU
Attestatla təhsil alanlar diplomlu işsizə çevrilir AÇIQLAMA

Attestatla təhsil alanlar diplomlu işsizə çevrilir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son illərdə Azərbaycan gənclərinin xaricdə attestatla təhsil almasına marağın azalması müşahidə olunur. Əvvəllər bu istiqamət xüsusilə valideynlər və abituriyentlər tərəfindən imtahansız, sadəcə orta məktəb attestatı ilə qəbul olmaq kimi əlçatan yol kimi dəyərləndirilirdi. Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya və bəzi Şərqi Avropa ölkələrində bu praktika geniş yayılmışdı və minlərlə azərbaycanlı gənc həmin ölkələrin universitetlərinə qəbul olunurdu. Lakin zaman keçdikcə bu modelin həm üstünlükləri, həm də ciddi mənfi tərəfləri ortaya çıxdı”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. 
Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, 2015–2020-ci illər arasında hər il minlərlə gənc attestatla xaricdə ali məktəblərə daxil olurdu:
“Dövlət Statistika Komitəsinin qeydlərinə görə, 2020-ci ildə xaricdə təhsil alan azərbaycanlıların 50 faizdən çoxu məhz bu model ilə qəbul olunmuşdu. Amma 2023-cü ildən etibarən bu rəqəmlərdə azalma tendensiyası müşahidə olunur. 
Təhsil haqqında Qanunun 38-ci maddəsində açıq şəkildə qeyd olunur ki, xaricdə alınmış ali təhsil diplomu yalnız Azərbaycan Respublikasında tanındıqdan sonra hüquqi qüvvəyə minir. Bu isə o deməkdir ki, təhsil keyfiyyəti zəif olan və beynəlxalq akkreditasiyası olmayan ali məktəblərin verdiyi diplomlar ölkədə qəbul edilmir. TKTA-nın (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) məlumatına görə, son illərdə nostrifikasiya üçün müraciət edənlərin əhəmiyyətli hissəsinin diplomları tanınmayıb. Bu, attestatla qəbulun əmək bazarında rəqabət qabiliyyəti zəif məzunlar formalaşdırdığını sübut edir”.
Attestatla təhsilin mənfi və müsbət tərəflərindən danışan ekspert qeyd edib ki, mənfi tərəflər daha üstünlük təşkil edir:
“Müsbət tərəfləri də nəzərə almaq lazımdır. Attestatla qəbul abituriyentlərə daha asan şəkildə xaricdə oxumaq imkanı verirdi. İmtahanda uğur qazanmayan, amma təhsil almaq istəyən gənclər üçün bu çıxış yolu idi. Xaricdə oxuyanlar əlavə dil bacarıqları qazanır, fərqli mədəniyyətlərlə tanış olur, bəzi hallarda yüksək keyfiyyətli universitetlərdə təhsil almaq şansı da əldə edirdilər. Belə məzunların bir hissəsi, xüsusilə tibb, informasiya texnologiyaları və mühəndislik sahələrində uğurlu karyera qura bildi. Yəni attestatla qəbul tamamilə faydasız deyil, sadəcə keyfiyyətli ali məktəb seçənlər üçün real nəticə verdi.
Mənfi tərəflər isə daha qabarıq oldu. Birincisi, abituriyentlərin əksəriyyəti zəif özəl universitetləri seçdi və nəticədə diplomları Azərbaycanda tanınmadı. İkincisi, əmək bazarında bu məzunların böyük qismi ixtisasına uyğun iş tapmaqda çətinlik çəkdi. Üçüncüsü, ailələr minlərlə manat vəsait xərcləsələr də, nəticədə gənclərin çoxu diplomlu işsizə çevrildi. Bu isə həm sosial narazılıq yaradır, həm də ölkənin insan kapitalının səmərəsiz istifadəsinə gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, dünya təcrübəsinə baxanda görürük ki, attestatla qəbul əsasən təhsil keyfiyyəti zəif olan ölkələrdə geniş yayılıb:
“Məsələn, Gürcüstan və Ukraynada uzun müddət bu praktika mövcud idi, lakin son illərdə onlar da qəbul qaydalarını sərtləşdirdilər. Çünki bu model təhsildə keyfiyyətə deyil, kəmiyyətə üstünlük verirdi. Əksinə, inkişaf etmiş ölkələrdə ali məktəbə qəbul həmişə ciddi imtahanlarla və ya minimum bilik baryerləri ilə həyata keçirilir. Almaniyada “Abitur”, Fransada “Baccalauréat”, ABŞ-da “SAT” və ya “ACT” imtahanları tələbələrin səviyyəsini ölçmək üçün əsas alətlərdir. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar beynəlxalq təcrübəyə uyğunluq baxımından müsbət qiymətləndirilir. 
Beləliklə, attestatla təhsil müəyyən qədər gənclərə imkan açsa da, uzunmüddətli nəticələri çox vaxt uğurlu olmayıb. Əmək bazarında uğur qazanmaq üçün əsas şərt keyfiyyətli universitetdə oxumaq, əmək bazarının tələblərinə uyğun ixtisas seçməkdir. 
Bu prosesin qarşısının alınması yox, düzgün tənzimlənməsi vacibdir. Nazirliyin bu istiqamətdə atdığı addımlar isə müasir çağırışlara cavab verir və təhsil siyasətinin keyfiyyət üzərində qurulduğunu göstərir. Bu, həm dövlətin strateji inkişafına, həm də gələcək nəsillərin daha güclü formalaşmasına xidmət edən müsbət bir yanaşmadır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri