Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kubokunun qalibləri müəyyənləşdi Fotolar

31.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparıb.

23 yaşa qədər (U23) gənclərin 2000 metr məsafədə mübarizəsində Ziya Məmmədzadə birinci yer tutub. Nurlan Paşayev ikinci, Elnur Əliyev üçüncü olub.  

2008-2009-cu il təvəllüdlü idmançılar arasında Azər İlyasov çempionluq sevinci yaşayıb.  Tunar Məmmədzadə ikinci, İsabala Dadaşzadə üçüncü yerə layiq görülüb. 

2010-2013-cü il təvəllüdlü idmançıların yarışında Məhəmməd Həsənov məsafəni ən birinci başa vurub. Gümüş medala Ruslan Fərəcov sahib olub. Cavid Həbibli ilk üçlüyü tamamlayıb.  

Qızların yarışında ardıcıllıq belə olub.  Fatimə Məhərrəmli qızıl, Anna Korobkova gümüş, Fatimə Ələsgərli bürünc medalla mükafatlandırılıb.   

Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью