Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kubokunun qalibləri müəyyənləşdi Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 31-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası konsept trenajorda Federasiya Kuboku təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparıb.
23 yaşa qədər (U23) gənclərin 2000 metr məsafədə mübarizəsində Ziya Məmmədzadə birinci yer tutub. Nurlan Paşayev ikinci, Elnur Əliyev üçüncü olub.
2008-2009-cu il təvəllüdlü idmançılar arasında Azər İlyasov çempionluq sevinci yaşayıb. Tunar Məmmədzadə ikinci, İsabala Dadaşzadə üçüncü yerə layiq görülüb.
2010-2013-cü il təvəllüdlü idmançıların yarışında Məhəmməd Həsənov məsafəni ən birinci başa vurub. Gümüş medala Ruslan Fərəcov sahib olub. Cavid Həbibli ilk üçlüyü tamamlayıb.
Qızların yarışında ardıcıllıq belə olub. Fatimə Məhərrəmli qızıl, Anna Korobkova gümüş, Fatimə Ələsgərli bürünc medalla mükafatlandırılıb.
Xatırladaq ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 31 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















