Avrasiyada sülhün, əməkdaşlığın açarı: Bakı Şərh | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər və verdiyi fundamental mesajlar bir daha təsdiq etdi ki, artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya coğrafiyasında sülhün, sabitliyin və əməkdaşlığın əsas açar ölkəsi Azərbaycandır.
Davos platforması bu reallığın beynəlxalq auditoriya qarşısında açıq şəkildə nümayiş etdirildiyi mühüm tribunaya çevrildi”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Onun szölərinə görə, Prezident İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər artdığını göstərir.
“Davosdakı çıxışlar və görüşlər isə sübut etdi ki, Bakı artıq proseslərin passiv izləyicisi deyil, regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan subyektdir.
Prezidentin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti Azərbaycanın mövqeyini möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib.
Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu