Icma.az
close
up
RU
Avrasiyada sülhün, əməkdaşlığın açarı: Bakı Şərh

Avrasiyada sülhün, əməkdaşlığın açarı: Bakı Şərh

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər və verdiyi fundamental mesajlar bir daha təsdiq etdi ki, artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya coğrafiyasında sülhün, sabitliyin və əməkdaşlığın əsas açar ölkəsi Azərbaycandır. Davos platforması bu reallığın beynəlxalq auditoriya qarşısında açıq şəkildə nümayiş etdirildiyi mühüm tribunaya çevrildi”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Onun szölərinə görə, Prezident İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər artdığını göstərir. “Davosdakı çıxışlar və görüşlər isə sübut etdi ki, Bakı artıq proseslərin passiv izləyicisi deyil, regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan subyektdir. Prezidentin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti Azərbaycanın mövqeyini möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib.

Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda formalaşan sülh modeli təsadüfi deyil, Azərbaycanın iradəsi və strateji baxışı nəticəsində yaranmış reallıqdır”, - o vurğulayıb.

 Deputat  daha sonra qeyd edib: “Prezident İlham Əliyevin çıxışlarının əsas xətti ondan ibarət idi ki, bu gün Cənubi Qafqazda sülh məhz Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Bu sülh təkcə regionla məhdudlaşmır, eyni zamanda  Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Uzaq Şərqə qədər uzanan geniş bir coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bakı faktiki olaraq Avrasiyanı birləşdirən sülh və əməkdaşlıq magistralının istiqamətini müəyyənləşdirib və öz siyasətini bu xətt üzrə ardıcıl şəkildə həyata keçirir.

Ən diqqətçəkən məqamlardan biri odur ki, bu yanaşmanın effektivliyi artıq Ermənistan tərəfindən də etiraf olunur. İrəvan açıq şəkildə bəyan edir ki, Azərbaycanla əməkdaşlıq alternativsizdir və regionda davamlı sülhün yeganə yolu məhz bu xəttdən keçir”.
Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyev Davosda Avropanın həm keçmişdə, həm də hazırda bölgədə dayanıqlı sülhə xidmət etməyən siyasətini açıq şəkildə tənqid etdi. “İkili standartlar, selektiv yanaşmalar və prosesləri ləngidən mövqelərə baxmayaraq, Azərbaycanın öz prinsipial xəttindən geri çəkilmədiyi xüsusi vurğulandı. Nəticə etibarilə, bu gün reallıq dəyişib: artıq Avropa Azərbaycana ehtiyac duyur.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilməklə yanaşı, Şərqlə etibarlı və təhlükəsiz əlaqələrin qurulmasında da mühüm açar rolunu oynayır. Bu, Bakının geosiyasi çəkisini daha da artırır.
Serbiya Prezidenti Aleksandar Vuçiçin Qafqaz ölkələrini Avropa ilə Asiya arasında qovşaq və vasitəçi kimi xarakterizə etməsi, Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemirin isə sülh və sabitliyin investisiyalar üçün həlledici faktor olduğunu vurğulaması təsadüfi deyil. Bu fikirlər Azərbaycanın həyata keçirdiyi siyasətin iqtisadi və strateji əsaslarını bir daha təsdiqləyir.

Ebru Özdemirin sözləri xüsusi əhəmiyyət daşıyır: sabitlik olmayan yerə kapital gəlmir. Azərbaycan-Ermənistan sülh prosesi, TRIPP kimi sazişlər və Orta Dəhliz perspektivi regionun investisiya cəlbediciliyini kəskin şəkildə artırır. Bu isə Davosda səslənən fikirlərin praktik nəticələrə hesablandığını göstərir.

Prezident İlham Əliyevin Davosda verdiyi ən güclü mesajlardan biri beynəlxalq təsisatlara kor-koranə ümid bəsləməyin yanlışlığı ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində qəbul edilən BMT qətnamələri və beynəlxalq çağırışlar kağız üzərində qaldı. Ədaləti yalnız Azərbaycan özü təmin etdi.
Bu yanaşma Prezidentin siyasi fəlsəfəsini açıq şəkildə ortaya qoyur: milli maraqlara söykənən, güclü dövlət və birliyə əsaslanan cəmiyyət olduqda beynəlxalq təzyiqlər və qərəzli yanaşmalar həlledici rol oynamır. Məhz bu xətt Azərbaycanı müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan əsas faktora çevirdi.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda səsləndirdiyi fikirlər yeni regional reallığın rəsmi etirafı kimi dəyərləndirilə bilər. Onun müharibənin alternativsiz olaraq fəlakətə aparacağını və liderlərin sülh yolunu seçdiyini bildirməsi, eyni zamanda iqtisadi və humanitar əməkdaşlıq perspektivlərindən danışması mühüm mesajdır.
Ermənistan cəmiyyətində baş verən dəyişikliklər – Azərbaycan benzininin istifadəsi, biznes dairələrinin təmaslara hazırlaşması isə sülhün artıq real və geri dönməz prosesə çevrildiyini göstərir.

Davos İqtisadi Forumunda səslənən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin əsas memarlarından birinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşan bu siyasi xətt həm region ölkələrinə, həm də qlobal aktorlara açıq mesaj verir: sülh iradə, güc və strateji baxış tələb edir. Bu iradə isə bu gün Bakıda formalaşır”, - deputat  deyib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri