Avrasiyada yeni siyasi və iqtisadi reallıq | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ildən-ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlir, onların dostluq, tərəfdaşlığa əsaslanan və strateji xarakteri möhkəmlənir.
Bu əməkdaşlıq təkcə qarşılıqlı maraqlara deyil, həm də dərin tarixi və mədəni bağlara, ortaq türk köklərinə, əsrlər boyu oxşar tale və dəyərləri paylaşan xalqların qardaşlığına əsaslanır.
Bakı və Astana arasında mövcud təmaslar iki türk dövlətinin siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühiti əhatə edən praqmatik, davamlı və qardaşlıq münasibətləri modelini necə uğurla qurduğunun nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform-a verdiyi eksklüziv müsahibə də bu yanaşmanın təsdiqi oldu.
Dövlətimizin başçısı etimad və qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu vurğuladı, son onilliklər ərzində ortaq türk kimliyinə, mənəvi və mədəni dəyərlərə söykənən qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanan münasibətlər sisteminin qurulduğunu bildirdi.
Azərbaycan və Qazaxıstan sadəcə tərəfdaş deyil, onlar nadir siyasi sinxronluq və qarşılıqlı anlaşma nümayiş etdirən iki ölkədir.
Prezident İlham Əliyev xatırladıb ki, bu, onun Qazaxıstana son üç ildə yeddinci səfəridir, prezident Qasım-Jomart Tokayev isə bu müddət ərzində Azərbaycana altı dəfə səfər edib.
Tam oxu
Xəbəri oxu