Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Avrasiyada yeni siyasi və iqtisadi reallıq

Avrasiyada yeni siyasi və iqtisadi reallıq

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ildən-ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlir, onların dostluq, tərəfdaşlığa əsaslanan və strateji xarakteri möhkəmlənir. Bu əməkdaşlıq təkcə qarşılıqlı maraqlara deyil, həm də dərin tarixi və mədəni bağlara, ortaq türk köklərinə, əsrlər boyu oxşar tale və dəyərləri paylaşan xalqların qardaşlığına əsaslanır. Bakı və Astana arasında mövcud təmaslar iki türk dövlətinin siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühiti əhatə edən praqmatik, davamlı və qardaşlıq münasibətləri modelini necə uğurla qurduğunun nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform-a verdiyi eksklüziv müsahibə də bu yanaşmanın təsdiqi oldu. Dövlətimizin başçısı etimad və qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu vurğuladı, son onilliklər ərzində ortaq türk kimliyinə, mənəvi və mədəni dəyərlərə söykənən qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanan münasibətlər sisteminin qurulduğunu bildirdi. Azərbaycan və Qazaxıstan sadəcə tərəfdaş deyil, onlar nadir siyasi sinxronluq və qarşılıqlı anlaşma nümayiş etdirən iki ölkədir.
Prezident İlham Əliyev xatırladıb ki, bu, onun Qazaxıstana son üç ildə yeddinci səfəridir, prezident Qasım-Jomart Tokayev isə bu müddət ərzində Azərbaycana altı dəfə səfər edib. Yüksək səviyyəli səfərlərin bu intensivliyi güclü siyasi dialoqun və mövqelərin daimi əlaqələndirilməsinin bilavasitə sübutudur. Azərbaycan dövlət başçısının sözlərinə görə, Qazaxıstana hər səfər dinamik inkişaf hissi ilə müşayiət olunur ki, bu da prezident Tokayevin iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə yönəlmiş düşünülmüş siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin dəstək, həmrəylik və qardaşlıq rəmzi olan işğaldan azad edilmiş Füzulidə Kurmanqazi adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana xüsusi minnətdarlığını bildirməsi əlamətdardır. Bu jest ölkələrimiz arasında əməkdaşlığın diplomatiyadan çox kənara çıxdığının və xalqlarımızın mənafelərinə xidmət edən konkret fəaliyyətlərdə əks olunduğunun əyani təsdiqi idi.
Bu möhkəm qardaşlıq və etimad təməli hazırda 170-ə yaxın sənəddən ibarət Azərbaycan və Qazaxıstan münasibətlərinin hüquqi bazasında da öz əksini tapmışdır. 20 il əvvəl imzalanmış və bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əsasına çevrilmiş Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə xüsusi əhəmiyyət kəsb edir. İyirmi il ərzində bu sənəd siyasi dialoqu hər iki tərəfin birgə təşəbbüsləri fəal şəkildə inkişaf etdirdiyi davamlı qarşılıqlı fəaliyyət sisteminə çevirdi.
Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələr də davamlı inkişaf nümayiş etdirir. Təkcə 2025-ci ilin ilk səkkiz ayında ölkələr arasında ticarət dövriyyəsi 547 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Ölkədə Qazaxıstan kapitallı 250-yə yaxın şirkətin qeydiyyatdan keçməsi investorların etimadının yüksək olduğunu təsdiqləyir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar sərmayə qoyub, Qazaxıstanın Azərbaycana investisiyaları isə 136 milyon dollara çatmışdır.
Avropa və Asiyanı Azərbaycan, Qazaxıstan və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz üzərində cəmlənmiş nəqliyyat və logistika əməkdaşlığına xüsusi diqqət yetirilir. 2022-ci ildə infrastrukturun sinxron inkişafını, tarif siyasətinin unifikasiyasını və yeni yük axınlarının cəlb edilməsini nəzərdə tutan 2022–2027-ci illər üçün yol xəritəsi imzalanmışdı. Nəticədə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə 20% artaraq 3,5 milyon tonu ötüb. Rəqəmsal inteqrasiya mühüm əməkdaşlıq sahəsinə çevrilib. 2025-ci ilin martında Bakıda Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilməsi haqqında saziş imzalanıb. Layihənin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır. Bu, dayanıqlı rəqəmsal körpü yaradacaq, ölkələr arasında sürətli və təhlükəsiz məlumat ötürülməsini təmin edəcək və onların informasiya texnologiyaları sektorunda mövqelərini gücləndirəcək.
Enerji sektorunda Azərbaycan və Qazaxıstan təbii tərəfdaşlardır. SOCAR və “KazMunayQaz” Aktau-Ceyhan marşrutu ilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti üzrə baş müqavilə imzalayıb. 2024-cü ildə tədarükün tədricən artırılması və tariflərin optimallaşdırılması barədə qərar qəbul edilib. Bu, Bakı və Astananı regionun enerji təhlükəsizliyinin təmin edilməsində, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən əsas oyunçulara çevirir.
Qazaxıstan və Azərbaycan yaşıl enerjinin inkişafına böyük diqqət yetirirlər. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında çıxış edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstan, Azərbaycan və Özbəkistan tərəfindən həyata keçirilən “Yaşıl enerji dəhlizi” layihəsini yüksək qiymətləndirib və bunu səmərəli əməkdaşlığın gözəl nümunəsi adlandırıb. Bu layihə türk dünyası üçün yeni texnologiyalara keçidi və regionda dayanıqlı enerji arxitekturasının formalaşmasını nümayiş etdirən strateji əhəmiyyət kəsb edir.
İnsan kapitalının inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan və Qazaxıstanın universitetləri və İT mərkəzləri süni intellekt, məlumatların təhlili və kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq edir. Dövlət qurumlarının dəstəyi ilə vahid türk rəqəmsal məkanının yaradılmasına yönəlmiş yeni təhsil proqramları və mübadilə təşəbbüsləri yaradılır.
Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər ortaq maraqlara, türk birliyinə və əsl qardaşlığa əsaslanan güclü, hərtərəfli və perspektivli ittifaqı təmsil edir. İki ölkə sadəcə əməkdaşlıq etmir, eyni istiqamətdə irəliləyir, Avrasiyada yeni siyasi və iqtisadi reallığı formalaşdırır.
Mürəkkəb geosiyasi şəraitdə bu ittifaq praqmatizm və mənəvi yaxınlığın, milli maraqların və ortaq məqsədlərin necə birləşdirilə biləcəyinin nümunəsinə çevrilir. Azərbaycan və Qazaxıstan türk xalqlarının qardaşlığının hiss olunan gücə çevrildiyi sülh, sabitlik və firavanlıq məkanı qurmaq üçün birgə çalışırlar.

Hicran Hüseynova
Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri