Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil Yeni Gündəm | I…
Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq. “Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə mühüm məsələlərd
Ölkəmizin başçısı Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı vacib məqamlara toxundu.
Son illər ərzində bu istiqamətdə bir çox işlərin görüldüyü, böyük infrastruktur layihələrinin icra edildiyi bildirildi.
Nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yol və körpülərin, yol ötürücülərinin, metro stansiyalarının, hava limanlarının inşası bunun bariz nümunəsidir.
Həyata keçirilən bu layihələr paytaxt Bakıda nəqliyyatın rahat hərəkətinə, eyni zamanda bölgələrdə müasir standartlara cavab verən yol infrastrukturunun formalaşmasına xidmət edir.” “Yeni Gundem” xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi son 30 ildə Azərbaycanın sürətlə inkişafı, əhali artımı baş verən müsbət dəyişikliklər nəqliyyat sahəsində də davamlı yeniliklərin olmasının zəruri edir: “Bu mənada ölkəmizdə nəqliyyat məsələləri hər zaman diqqətdə saxlanılıb.
Buna misal olaraq son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib.
Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər inşa olunub.
Tam oxu
Xəbəri oxu