Icma.az
close
up
RU
Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil Yeni Gündəm

Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil Yeni Gündəm

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

“Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə mühüm məsələlərdən bəhs etdi. Ölkəmizin başçısı Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı vacib məqamlara toxundu. Son illər ərzində bu istiqamətdə bir çox işlərin görüldüyü, böyük infrastruktur layihələrinin icra edildiyi bildirildi. Nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yol və körpülərin, yol ötürücülərinin, metro stansiyalarının, hava limanlarının inşası bunun bariz nümunəsidir. Həyata keçirilən bu layihələr paytaxt Bakıda nəqliyyatın rahat hərəkətinə, eyni zamanda bölgələrdə müasir standartlara cavab verən yol infrastrukturunun formalaşmasına xidmət edir.” 

“Yeni Gundem” xəbər verir ki,  bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi son 30 ildə Azərbaycanın sürətlə inkişafı, əhali artımı baş verən müsbət dəyişikliklər nəqliyyat sahəsində də davamlı yeniliklərin olmasının zəruri edir: “Bu mənada ölkəmizdə nəqliyyat məsələləri hər zaman diqqətdə saxlanılıb. Buna misal olaraq son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib. Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər inşa olunub. Həmçinin bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Sözsüz ki, Azərbaycanın sərhəd yolları da bu gün müasir standartlara cavab verir. Çünki coğrafi mövqeyinə görə, səmərəli şəkildə istifadə edilən beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu baxımdan da ölkəmiz mühüm nəqliyyat qovşağı rolundadır. Ona görə də, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağındadır. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Eyni zamanda rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Sözsüz ki, atılan addımlar Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsini təmin edib”.

Deputat hesab edir ki, ölkə başçısının da vurğuladığı kimi Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək: “Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb. II Qarabağ müharibəsindəki tarixi qələbədən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı. Məhz bunun nəticəsidir ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termin kimi istifadə olunur. Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atır. Ermənistan tərəfi isə həmişə olduğu kimi II Qarabağ müharibəsindən keçən dörd il ərzində də qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr 2020-cü ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən kapitulyasiyaya uğramış Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Amma bütün bunlara baxmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı yaradılmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi müxtəlif bəhanələr gətirərək, qeyri-real və cəfəng layihələri ortaya atan Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsi heç bir mahiyyət kəsb etmir. Bölgənin qalib və güclü dövləti Azərbaycandır və ölkəmizin rolu, mövqeyi olmadan heç bir layihə reallaşa bilməz. Təbii ki, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edilir. Beləliklə, Ermənistan blokada vəziyyətində qalmış olur. Sözsüz ki, Zəngəzur həm də tarixi kontekstdə də öz həllini tapa bilər. Çünki tarixi Azərbaycan torpaqları yəni, Qərbi Zəngəzur sovet hakimiyyəti illərində Ermənistana verilib. Azərbaycan xalqı bu tarixi reallıqları heç birini unutmayıb”.

Təftiş Komissiyasının sədri vuğrulayıb ki, Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir: “Son 20 il ərzində Azərbaycanda nəqliyyat sahəsində mühüm uğurlar əldə edilib. 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Ölkəmizdə həmçinin Dəmir yolu infrastrukturunun inkişafı xüsusi ilə qeyd edilməlidir. Müxtəlif maneələrə baxmayaraq Azərbaycan bu gün özünün dəmir yolu şəbəkəsi yeniləməklə yanaşı regional və qlobal miqyasda da aparıcı rola malikdir. Bu nətəcəsidir ki, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərilir. Sumqayıt-Yalama dəmir yolunun tikintisi, Bakı-Qəbələ dəmir yolu uğurla inşası, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yollarının fəaliyyəti bu sahədə uğurlu göstəricələrdəndir”.

Sevinc Hüseynova son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanının inşa edildiyini bildirib: “Bununla yanaşı ölkə başçısının da qeyd etdiyi kimi Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib. Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları artıq istismar edilir. Ölkəmizin həyatında mühüm hadisələrdən biri olacaq Laçın beynəlxalq hava limanı dövlət başçısının da vurğuladığı kimi bu il istifadəyə veriləcək. Həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək ki, bu da qarşıya qoyulan hədəflərin mahiyyətini göstərir. Eyni zamanda son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşası ilə bağlıdır. Azərbaycanda dəniz limanlarının inşası da ölkəmizin dəniz nəqliyyatına olan diqqətinin bariz nümunəsidir. Yeni metro stansiyalarının açılması, gəmiqayırma zavodunun inşası ölkəmizin nəqliyyat sahəsində hələ qarşıda böyük hədəflərinin olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan nəqliyyat layihələri də öz növbəsində sürətlə həyata keçirilir. Bu baxımdan azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Azad edilmiş ərazilərdə 44 avtomobil yolu layihəsi icra edilib. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Paralel olaraq Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizində işlər yekunlaşıb. Cənab Prezidentin də vurğuladığı kimi “həyat yerində durmur”. Yeni dövlət proqramlarının qəbul edilməsi, icrası və qarşıda duran vəzifələr Azərbaycanın nəqliyyat infrastrukturunun bundan sonra da inkişafına zəmin yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see234

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see208

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see190

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see171

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see147

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see134

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see128

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri