Avropa Birliyi müstəqillik üçün yeni tərəfdaşlar axtarmalıdır XİN rəhbəri

03.02.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Avropa hələ də ABŞ-ın müttəfiqidir, lakin onlar vahid mövqedə deyillər. Avropa Birliyi müstəqillik qazanmaq üçün yeni tərəfdaşlar axtarmalıdır".

"Ölkə.az" xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro "La Depeche" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz ABŞ-la müttəfiqik, amma birlik deyilik. Biz Donald Trampın deyil, Amerika millətinin müttəfiqləriyik. Bu əsrin əsas problemi ABŞ və Çin arasındakı potensial münaqişədir. Bu kontekstdə Avropanın mövqeyi hər şeyi dəyişə bilər. Əgər Avropa müstəqil olmaq qərarına gələrsə, bu güclərin hansınınsa vassalı olmaqdan imtina edən dünyanın əksər ölkələrinin əməkdaşlığınıqura bilər", - Barro qeyd edib.

Onun sözlərinə görə, müstəqillik qazanmaq üçün Avropa strateji muxtariyyətini gücləndirməli və Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika ilə suverenliyə hörmət edən "tərəfdaşlıqlar" qurmalıdır.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью