Avropa Birliyi müstəqillik üçün yeni tərəfdaşlar axtarmalıdır XİN rəhbəri
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Avropa hələ də ABŞ-ın müttəfiqidir, lakin onlar vahid mövqedə deyillər. Avropa Birliyi müstəqillik qazanmaq üçün yeni tərəfdaşlar axtarmalıdır".
"Ölkə.az" xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro "La Depeche" qəzetinə verdiyi müsahibədə bildirib.
"Biz ABŞ-la müttəfiqik, amma birlik deyilik. Biz Donald Trampın deyil, Amerika millətinin müttəfiqləriyik. Bu əsrin əsas problemi ABŞ və Çin arasındakı potensial münaqişədir. Bu kontekstdə Avropanın mövqeyi hər şeyi dəyişə bilər. Əgər Avropa müstəqil olmaq qərarına gələrsə, bu güclərin hansınınsa vassalı olmaqdan imtina edən dünyanın əksər ölkələrinin əməkdaşlığınıqura bilər", - Barro qeyd edib.
Onun sözlərinə görə, müstəqillik qazanmaq üçün Avropa strateji muxtariyyətini gücləndirməli və Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika ilə suverenliyə hörmət edən "tərəfdaşlıqlar" qurmalıdır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Fevral 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















