Avropa hüququ təhsildə dünyəviliyin qorunmasını tanıyır AÇIQLAMA

12.10.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bunu Ölkə.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, məktəbli forması illərdir mövcuddur: “Nazirlər Kabinetinin 309 nömrəli qərarı həmin qaydaları dəqiqləşdirir. Üstəlik, “Ümumi təhsil haqqında” Qanunun 12.13-1-ci maddəsi dövlət məktəblərində şagirdlərin və müəllimlərin geyim tələblərinə riayət etməsini birbaşa nəzərdə tutur. Valideynin də övladının bu tələblərə əməl etməsini təmin etmək vəzifəsi var.

Ona görə məsələnin hüquqi əsasını məktəb direktorunun şəxsi münasibətində axtarmağa ehtiyac yoxdur: tələb qanunvericilikdən irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi də dünyəvi təhsil mühitini qorumaq üçün əsaslandırılmış dini geyim məhdudiyyətlərini məqbul hesab edib. “Dahlab İsveçrəyə qarşı” (2001) işində müəllimə üçün, “Leyla Şahin Türkiyəyə qarşı” (2005) işində təhsil müəssisəsində məhdudiyyət qəbul edilib. Deməli, təhsil müəssisəsinin dünyəvi xarakterinin qorunması Avropa hüququnda da tanınan yanaşmadır”.

Ə. Nuriyev onu da bildirib ki, bir vətəndaş olaraq dövlət məktəbində vahid geyim qaydalarının tətbiqini dəstəkləyir: “Məktəb müxtəlif ailələrdən, fərqli inanclardan gələn uşaqları bir sinifdə birləşdirir. Dövlət həmin sinifdə bərabərliyi və ortaq qaydalara hörməti təmin etməlidir. Uşağın ləyaqətini qorumaqla bu qaydaların icrasını tələb etmək dövlətin həm hüququ, həm də məsuliyyətidir. Azərbaycanın dünyəvi təhsil siyasəti bu mövqedən ardıcıl müdafiə olunmalıdır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью