Avropa hüququ təhsildə dünyəviliyin qorunmasını tanıyır AÇIQLAMA
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bunu Ölkə.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, məktəbli forması illərdir mövcuddur: “Nazirlər Kabinetinin 309 nömrəli qərarı həmin qaydaları dəqiqləşdirir. Üstəlik, “Ümumi təhsil haqqında” Qanunun 12.13-1-ci maddəsi dövlət məktəblərində şagirdlərin və müəllimlərin geyim tələblərinə riayət etməsini birbaşa nəzərdə tutur. Valideynin də övladının bu tələblərə əməl etməsini təmin etmək vəzifəsi var.
Ona görə məsələnin hüquqi əsasını məktəb direktorunun şəxsi münasibətində axtarmağa ehtiyac yoxdur: tələb qanunvericilikdən irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi də dünyəvi təhsil mühitini qorumaq üçün əsaslandırılmış dini geyim məhdudiyyətlərini məqbul hesab edib. “Dahlab İsveçrəyə qarşı” (2001) işində müəllimə üçün, “Leyla Şahin Türkiyəyə qarşı” (2005) işində təhsil müəssisəsində məhdudiyyət qəbul edilib. Deməli, təhsil müəssisəsinin dünyəvi xarakterinin qorunması Avropa hüququnda da tanınan yanaşmadır”.
Ə. Nuriyev onu da bildirib ki, bir vətəndaş olaraq dövlət məktəbində vahid geyim qaydalarının tətbiqini dəstəkləyir: “Məktəb müxtəlif ailələrdən, fərqli inanclardan gələn uşaqları bir sinifdə birləşdirir. Dövlət həmin sinifdə bərabərliyi və ortaq qaydalara hörməti təmin etməlidir. Uşağın ləyaqətini qorumaqla bu qaydaların icrasını tələb etmək dövlətin həm hüququ, həm də məsuliyyətidir. Azərbaycanın dünyəvi təhsil siyasəti bu mövqedən ardıcıl müdafiə olunmalıdır”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















