Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa ölkələri ilə birgə həyata keçirilən lahiyələrə və tədbirlərin təşkilatı prosesinə rəhbərlik etmək məqsədilə “Caspian Energy Club Europe” təşkilatı yaradılıb.
“Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov həmin təşkilatın sədri vəzifəsinə təyin edilib.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev bildirib ki, “Caspian Energy Europe”un yeni sədri Rasim Mahmudov Çexiya istisna olmaqla, digər Avropa ölkələrində qeydə alınan nümayəndəliklərin bütün layihələrinin icrasına rəhbərlik edəcək.
“Bildiyiniz kimi, Çexiyada həyata keçirilən lahiyələrə “Caspian Energy Club Czechia”nın sədri Zaur Qədirov çox uğurla rəhbərlik edir və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev bildirib."Rasim Mahmudov öz fəaliyyəti ilə daim yüksək səviyyəli əlaqələr qurmağa çalışmış, müxtəlif formatlarda dialoqların stimullaşdırılması, habelə qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün yorulmaz səy göstərmişdir.
"Caspian Energy Club Europe" çərçivəsində həyata keçirilən layihələr regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaratmaq məqsədini güdür.
İnanıram ki, Rasim Mahmudovun sayəsində Avropada “networking” əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik", – Telman Əliyev vurğulayıb və əlavə edib ki, Rasim Mahmudov “networking” prosesini sadəcə formal əlaqələr deyil, eyni zamanda etimadın yaradılması və uzunmüddətli strateji əlaqələrin inkişafı kimi vacib bir proses hesab edir.