Icma.az
close
up
RU
® “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri “Caspian Energy Club Europe”un sədri vəzifəsinə təyin edilib AZƏRTAC

® “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri “Caspian Energy Club Europe”un sədri vəzifəsinə təyin edilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa ölkələri ilə birgə həyata keçirilən lahiyələrə və tədbirlərin təşkilatı prosesinə rəhbərlik etmək məqsədilə “Caspian Energy Club Europe” təşkilatı yaradılıb. “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov həmin təşkilatın sədri vəzifəsinə təyin edilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev bildirib ki, “Caspian Energy Europe”un yeni sədri Rasim Mahmudov Çexiya istisna olmaqla, digər Avropa ölkələrində qeydə alınan nümayəndəliklərin bütün layihələrinin icrasına rəhbərlik edəcək. “Bildiyiniz kimi, Çexiyada həyata keçirilən lahiyələrə “Caspian Energy Club Czechia”nın sədri Zaur Qədirov çox uğurla rəhbərlik edir və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev bildirib.

"Rasim Mahmudov öz fəaliyyəti ilə daim yüksək səviyyəli əlaqələr qurmağa çalışmış, müxtəlif formatlarda dialoqların stimullaşdırılması, habelə qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün yorulmaz səy göstərmişdir. "Caspian Energy Club Europe" çərçivəsində həyata keçirilən layihələr regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaratmaq məqsədini güdür. İnanıram ki, Rasim Mahmudovun sayəsində Avropada “networking” əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik", – Telman Əliyev vurğulayıb və əlavə edib ki, Rasim Mahmudov “networking” prosesini sadəcə formal əlaqələr deyil, eyni zamanda etimadın yaradılması və uzunmüddətli strateji əlaqələrin inkişafı kimi vacib bir proses hesab edir.

Yeni vəzifəsinə təyin olunan Rasim Mahmudov öz növbəsində belə əhəmiyyətli bir rolu qəbul etməkdən böyük məmnuniyyət duyduğunu və yeni vəzifədə müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar arasında möhkəm əlaqələr qurmağa çalışacağını və bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib. Rasim Mahmudovun sözlərinə görə, "Caspian Energy Club Europe" ikitərəfli, üçtərəfli və çoxtərəfli “Business Tour”lar, “B2G” və “B2B” forumlar, müxtəlif mövzularda “Grand CEO MeetUp”lar və digər formatda sahibkarlar və şirkət nümayəndələri üçün tədbirlər təşkil olunacaq. “Bizim əsas məqsədimiz Azərbaycan və digər Orta Dəhliz ölkələrinin sahibkarlarının Avropada, Avropa ölkələrinin sahıbkarlarının isə Azərbaycan və digər Orta Dəhliz ölkələrində “networking” imkanlarını genişləndirməkdir”, - Rasim Mahmudov fikrini yekunlaşdırıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-“networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see319

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see202

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see201

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri