“Avropa ilə razılıq əldə edə bilməsək, məqsədlərimizə hərbi yolla nail olacağıq”

15.11.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Əgər Avropa ölkələri ilə sülh yolu ilə nizamlanma barədə razılıq əldə etmək mümkün olmasa, Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinə “Vesti” proqramı üçün verdiyi müsahibədə bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Ukraynadakı münaqişənin nizamlanması Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılması ilə ayrılmaz şəkildə bağlıdır:
“Müəyyən mərhələdə Moskva və Avropa dövlətləri gələcək təhlükəsizlik arxitekturasının parametrlərini müzakirə etməlidirlər. Diplomatik dialoq yalnız Avropa ölkələri həqiqətən sülhə nail olmaqda maraqlı olduqları təqdirdə məna kəsb edir. Razılığa gəlmək mümkün olmasa, Rusiya qarşıya qoyduğu məqsədlərə güc yolu ilə nail olmaq niyyətindədir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью