“Avropa ilə razılıq əldə edə bilməsək, məqsədlərimizə hərbi yolla nail olacağıq”
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Əgər Avropa ölkələri ilə sülh yolu ilə nizamlanma barədə razılıq əldə etmək mümkün olmasa, Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinə “Vesti” proqramı üçün verdiyi müsahibədə bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Ukraynadakı münaqişənin nizamlanması Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılması ilə ayrılmaz şəkildə bağlıdır:
“Müəyyən mərhələdə Moskva və Avropa dövlətləri gələcək təhlükəsizlik arxitekturasının parametrlərini müzakirə etməlidirlər. Diplomatik dialoq yalnız Avropa ölkələri həqiqətən sülhə nail olmaqda maraqlı olduqları təqdirdə məna kəsb edir. Razılığa gəlmək mümkün olmasa, Rusiya qarşıya qoyduğu məqsədlərə güc yolu ilə nail olmaq niyyətindədir”.
Bu mövzuda digər xəbərlər:Putin: Ukrayna ilə bağlı məqsədlərimizə nail olacağıq
21 Aprel 2026 16:05
Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu
17 İyul 2025 16:24
Avropa nəhəngindən türk klubuna transfer Razılıq əldə edildi
09 Sentyabr 2025 22:46
Avropa İttifaqı və Böyük Britaniya sammit ərəfəsində ilkin razılıq əldə edib
19 May 2025 12:40
Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub
16 Noyabr 2025 17:59
Baxış sayı:90
Bu xəbər 15 Noyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















