Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az Avropa İttifaqının (Aİ) bankı kimi tanınan və üzv ölkələrdə ortaq layihələrin maliyyələşdirilməsini təmin edən Avropa İnvestisiya Bankı (AİB) bu il müdafiə sahəsində investisiyalarını rekord səviyyəyə çatdıracaq.
Banco.az xəbər verir ki, AİB-in Prezidenti Nadia Kalvino Brüsseldə bankın fəaliyyətinə dair mətbuat konfransı keçirib.
Kalvino AİB-in 2024-cü ildə ümumi investisiyalarının 90%-nin Aİ daxilində olmaqla 89 milyard avroya çatdığını bildirib.
O, kiçik və orta sahibkarlıq subyektlərinə (KOBİ) və yeni şirkətlərə 14 milyard avro məbləğində kapital və zəmanət təmin etdiklərini vurğulayıb.
Kalvino əsas prioritetlərinin iqlim bankı rolunu gücləndirmək olduğunu qeyd edərək, "AİB 2024-cü ildə ümumi əməliyyatlarının təxminən 60%-ni yaşıl keçidin dəstəklənməsinə ayırıb" deyib.
"AİB 2024-cü ildə Avropanın təhlükəsizlik və müdafiə sənayesinə dəstəyini artırıb.
Bu sahədə illik investisiyasını iki dəfə artıraraq 1 milyard avroya çatdırıb", deyən Kalvino ötən il həm mülki, həm də hərbi məqsədlər üçün nəzərdə tutulmuş layihə və texnologiyalara əhəmiyyətli vəsait ayırdıqlarını bildirib.