Icma.az
close
up
RU
Avropa İnvestisiya Bankından təhlükəsizlik və müdafiə sahəsində rekord investisiya qərarı

Avropa İnvestisiya Bankından təhlükəsizlik və müdafiə sahəsində rekord investisiya qərarı

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) bankı kimi tanınan və üzv ölkələrdə ortaq layihələrin maliyyələşdirilməsini təmin edən Avropa İnvestisiya Bankı (AİB) bu il müdafiə sahəsində investisiyalarını rekord səviyyəyə çatdıracaq.

Banco.az xəbər verir ki, AİB-in Prezidenti Nadia Kalvino Brüsseldə bankın fəaliyyətinə dair mətbuat konfransı keçirib.

Kalvino AİB-in 2024-cü ildə ümumi investisiyalarının 90%-nin Aİ daxilində olmaqla 89 milyard avroya çatdığını bildirib. O, kiçik və orta sahibkarlıq subyektlərinə (KOBİ) və yeni şirkətlərə 14 milyard avro məbləğində kapital və zəmanət təmin etdiklərini vurğulayıb.

Kalvino əsas prioritetlərinin iqlim bankı rolunu gücləndirmək olduğunu qeyd edərək, "AİB 2024-cü ildə ümumi əməliyyatlarının təxminən 60%-ni yaşıl keçidin dəstəklənməsinə ayırıb" deyib.

"AİB 2024-cü ildə Avropanın təhlükəsizlik və müdafiə sənayesinə dəstəyini artırıb. Bu sahədə illik investisiyasını iki dəfə artıraraq 1 milyard avroya çatdırıb", deyən Kalvino ötən il həm mülki, həm də hərbi məqsədlər üçün nəzərdə tutulmuş layihə və texnologiyalara əhəmiyyətli vəsait ayırdıqlarını bildirib.

Kalvino təhlükəsizlik və müdafiə sahəsinə investisiyaları bu il də ikiqat artıraraq 2 milyard avroluq rekord səviyyəyə çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.

O, AİB-in 2025-ci ildə təmiz texnologiyalar, süni intellekt, dayanıqlı mənzil layihələri və iqlim tədbirləri başda olmaqla müxtəlif sahələrə ümumilikdə 95 milyard avro sərmayə qoymağı hədəflədiyini qeyd edərək, "Biz müdafiə nazirliyi deyilik, Avropanın investisiya bankıyıq" ifadəsini işlədib.

Qeyd edək ki, Aİ ölkələrinin liderləri ötən il AİB-in borc və investisiya siyasətində dəyişiklik edərək bankın müdafiə layihələrinə daha çox maliyyə ayırmasını tələb etmişdilər.

Lüksemburqda yerləşən və ortaq layihələrə maliyyə dəstəyi verən AİB-in mövcud kredit siyasətində müdafiə sənayesinə birbaşa maliyyələşdirmə nəzərdə tutulmur. Bankın kredit verə biləcəyi ikili təyinatlı məhsulların isə əsasən mülki məqsədlər üçün istifadə olunması tələb olunur. Bir çox Aİ ölkəsi AİB-in kredit siyasətində dəyişiklik edilməsini və bankın müdafiə sahəsinə daha çox dəstək verməsini istəyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://banco.az
archiveBu xəbər 31 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri