Avropa İttifaqı ABŞ ın rüsumlarına qarşı cavab tarifləri tətbiq edəcək

06.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Avropa İttifaqı (Aİ) yaxın günlərdə ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq, birgə cavab tədbirləri paketini qəbul etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Əks-tədbirlərin ilk mərhələsi ABŞ-dan idxal olunan və ümumi dəyəri təxminən 28 milyard dollar olan məhsulları əhatə edəcək.

Qeyd olunur ki, bu məhsullar siyahısına diş sapından tutmuş brilyanta qədər geniş çeşidli mallar daxildir.

Beləliklə, Avropa İttifaqı da Çin və Kanadanın ardınca Tramp administrasiyasının rüsum siyasətinə qarşı addım ataraq, vahid cəbhədə çıxış etməyi planlaşdırır.

Məqsəd – Aİ-nin ticarət maraqlarını qorumaq və birtərəfli rüsumlara qarşı balanslı cavab verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью