Avropa İttifaqı ABŞ ın rüsumlarına qarşı cavab tarifləri tətbiq edəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Avropa İttifaqı (Aİ) yaxın günlərdə ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq, birgə cavab tədbirləri paketini qəbul etməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Əks-tədbirlərin ilk mərhələsi ABŞ-dan idxal olunan və ümumi dəyəri təxminən 28 milyard dollar olan məhsulları əhatə edəcək.
Qeyd olunur ki, bu məhsullar siyahısına diş sapından tutmuş brilyanta qədər geniş çeşidli mallar daxildir.
Beləliklə, Avropa İttifaqı da Çin və Kanadanın ardınca Tramp administrasiyasının rüsum siyasətinə qarşı addım ataraq, vahid cəbhədə çıxış etməyi planlaşdırır.
Məqsəd – Aİ-nin ticarət maraqlarını qorumaq və birtərəfli rüsumlara qarşı balanslı cavab verməkdir.

Avropa İttifaqı ABŞ ın yeni gömrük rüsumlarına qarşı cavab tədbirlərini açıqlayıb
12 Mart 2025 14:37
Avropa İttifaqı ABŞ ın rüsum siyasətinə adekvat cavab verəcək
12 Mart 2025 14:37
Avropa İttifaqı ABŞ ilə tarifləri müzakirə etməyə hazırdır
20 Fevral 2025 14:12
Avropa İttifaqı ABŞ ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır
20 Fevral 2025 18:18
Avropa İttifaqı ABŞ yə qarşı cavab tədbirləri görməyə hazırdır
03 Fevral 2025 22:52

