Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir" - Bəhruz Quliyev "Qərbin Gürcüstanda dövlət çevrilişinə cəhd edəcəyi və bunun üçün hazırlıqlara başladığı əvvəlcədən bəlli idi.
Hələ parlament seçkilərindən əvvəl bu iddia ilə çıxış edən Avropa İttifaqı Gürcüstandakı emissarları vasitəsilə ölkədə çaxnaşmalara hazırlaşırdı.
İndiki qarşıdurmaların ssenarisi xeyli əvvəl yazılıb, bu gün artıq onun həyata keçirilməsi prosesi gedir.
Qərb Gürcüstanı Rusiyaya yönəlik siyasət yürütdüyünü, daha dəqiq desək Rusiyanın çətiri altına girdiyini, Avrointeqrasiya prosesini dayandırdığını iddia edir.
Halbuki, hər şey Avropa İttibfaqının Gürcüstanı üzvlüyə namizədlər siyahısından çıxardığı gündən başlayıb".
Bunu açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.
B.Quliyev son hadisələri xatırladaraq qeyd edib ki, Avropa Parlamenti Gürcüstan hakimiyyətinə qarşı növbəti qətnamə qəbul etməklə bu ölkəni özündən bir az da uzaqlaşdırıb: "Avropa Parlamenti digər məsələlərlə yanaşı vizasız rejimi ləğv etməyi, hakim elitanın üzvlərinə qarşı sanksiyaların tətbiqini təklif edib.