Icma.az
close
up
RU
Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir Bəhruz Quliyev

Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir Bəhruz Quliyev

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir" - Bəhruz Quliyev

"Qərbin Gürcüstanda dövlət çevrilişinə cəhd edəcəyi və bunun üçün hazırlıqlara başladığı əvvəlcədən bəlli idi. Hələ parlament seçkilərindən əvvəl bu iddia ilə çıxış edən Avropa İttifaqı Gürcüstandakı emissarları vasitəsilə ölkədə çaxnaşmalara hazırlaşırdı. İndiki qarşıdurmaların ssenarisi xeyli əvvəl yazılıb, bu gün artıq onun həyata keçirilməsi prosesi gedir. Qərb Gürcüstanı Rusiyaya yönəlik siyasət yürütdüyünü, daha dəqiq desək Rusiyanın çətiri altına girdiyini, Avrointeqrasiya prosesini dayandırdığını iddia edir. Halbuki, hər şey Avropa İttibfaqının Gürcüstanı üzvlüyə namizədlər siyahısından çıxardığı gündən başlayıb".

Bunu açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyev son hadisələri xatırladaraq qeyd edib ki, Avropa Parlamenti Gürcüstan hakimiyyətinə qarşı növbəti qətnamə qəbul etməklə bu ölkəni özündən bir az da uzaqlaşdırıb: "Avropa Parlamenti digər məsələlərlə yanaşı vizasız rejimi ləğv etməyi, hakim elitanın üzvlərinə qarşı sanksiyaların tətbiqini təklif edib. Avropa Parlamentinin üzvləri tamamilə Gürcüstan prezidenti Salome Zurabişvilinin və "Gürcü arzusu"nun digər əleyhdarlarının bəyanatlarına əsaslanan qətnamə hazırlayıblar. Nəticədə müxalifətin hakimiyyətə olan bütün iddiaları qısaca təkrarlanıb. Digər tərəfdən də Avropalı deputatlar Brüsselin Tbilisiyə ayırdığı maliyyə yardımını da unutmayıblar. Onlar Gürcüstan hakimiyyəti üçün nəzərdə tutulan əvvəllər dondurulmuş 120 milyon avronun yerli qeyri-hökumət təşkilatlarına, o cümlədən mediaya köçürülməsini təklif ediblər. Bu yolla Avropa Parlamentinin üzvləri Gürcüstan vətəndaş cəmiyyətinin inkişafına kömək edəcəklərinə ümid edirlər".

Bəhruz Quliyev vurğulayıb ki, Gürcüstan parlamenti hökumətin tərkibini təsdiq edəndən sonra baş nazir Kobaxidze çıxış edərək ölkəsinin bundan sonra da Avropa İttifaqına inteqrasiya etmək yolunu tutacağını qeyd edib

"Əlavə edib ki, Gürcüstan milli maraqlarına zidd olmayan bütün şərtləri qəbul etməyə hazırdır. Avropa İttifaqı da gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir. Əlbəttə Avropa Parlamentinin qətnaməsi "Gürcü arzusu"nu və Aİ-ni geri dönüşü olmayan nöqtəyə yaxınlaşdırıb. Rəsmi Tbilisinin reaksiyasının necə olacağını gözləmək lazımdır. Bunun sırf neqativ olacağı aydındır, lakin məmurların yalnız ədəbi ifadələrlə dayanacaqları, yoxsa hansısa siyasi və hüquqi nəticələrinin olub-olmayacağı məlum deyil. Bununla yanaşı, "Gürcü arzusu" sanksiyalar təhlükəsinə hazırdır, ona görə də bu, çətin ki, onun üzvləri üçün hər hansı stress yaratsın".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 02 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri