Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər.
Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir.
Görünür, Qazaxıstan, Özbəkistan və Türkmənistan bir-birinin ardınca Kipr (yunan) Respublikasına səfir təyin edərək onunla münasibətləri yeni səviyyəyə qaldırıblar.
Bu ölkələr Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə münasibətlərə zərər verməmək üçün ora səfir təyin etməmişdilər.
İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri (həmçinin, İtaliyadakı səfir) Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib.
Daha sonra – 2025-ci il fevralın 24-də Qazaxıstan səfiri Nikolay Jumakanov, bir neçə gün əvvəl isə Türkmənistan səfiri (eyni zamanda İtaliyadakı səfir) Toylı Komekov etimadnamələrini Prezident Nikos Xristodulidisə təqdim ediblər.Siyasi şərhçi Bəybala Mirzəyevin "Sherg"a açıqlamasına görə, Türküstan (Mərkəzi Asiya) dövlətlərindən Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində (Kipr Respublikası) səfirlik açması Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə və vahid Türk birliyinin formalaşdırılmasına mənfi təsir göstərəcək hadisədir.