Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Avropa İttifaqı müvəqqəti müttəfiqdir, Türk NATO su isə daimi müdafiə çətir i ola bilər TƏHLİL

Avropa İttifaqı müvəqqəti müttəfiqdir, Türk NATO su isə daimi müdafiə çətir i ola bilər TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Görünür, Qazaxıstan, Özbəkistan və Türkmənistan bir-birinin ardınca Kipr (yunan) Respublikasına səfir təyin edərək onunla münasibətləri yeni səviyyəyə qaldırıblar. Bu ölkələr Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə münasibətlərə zərər verməmək üçün ora səfir təyin etməmişdilər. İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri (həmçinin, İtaliyadakı səfir) Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib. Daha sonra – 2025-ci il fevralın 24-də Qazaxıstan səfiri Nikolay Jumakanov, bir neçə gün əvvəl isə Türkmənistan səfiri (eyni zamanda İtaliyadakı səfir) Toylı Komekov etimadnamələrini Prezident Nikos Xristodulidisə təqdim ediblər.


Siyasi şərhçi Bəybala Mirzəyevin "Sherg"a açıqlamasına görə, Türküstan (Mərkəzi Asiya) dövlətlərindən Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində (Kipr Respublikası) səfirlik açması Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə və vahid Türk birliyinin formalaşdırılmasına mənfi təsir göstərəcək hadisədir. Onun sözlərinə görə, respublikalar bu addımı Ankara və Bakı ilə məsləhətləşmədən, Brüsselin (Avropa İttifaqının siyasi mərkəzi) tövsiyəsi və ya diktəsi ilə atıblar: 


"Böyük ehtimalla, bir neçə gün öncə Səmərqənddə baş tutan Birinci "Avropa İttifaqı-Mərkəzi Asiya" Zirvə toplantısında Brüssel tərəfindən bölgə ölkələrinə ayrılacaq 12 milyardlıq "Böyük Açılış" sərmayəsinin müqabilində bu ölkələrdən yunan Kipri ilə diplomatik münasibətlərin qurulması da tələb olunub. Qazaxıstan, Özbəkistan və Türkmənistan ümumtürk maraqlarından yox, realpolitik mövqeyindən çıxış edərək öz iqtisadi və geosiyasi maraqlarını önə çəkiblər, sözügedən şərti qəbul ediblər. Qazaxıstanın Kiprdə ilk səfiri olan Nikolay Jumakanov isə hətta öz etimadnaməsini Prezident Nikos Xristodulidisə təqdim edərkən deyib ki, "Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir". Bu bəyanat isə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) gələcək varlığına qarşı ağır zərbədir. Çünki Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bütün adanı (o cümlədən türk Kiprini də) əhatə edir. Qazaxıstan səfirinin ehtiyatsız bəyanatından çıxış etsək, rəsmi Astana Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi varlığını qəbul etmir. Halbuki, ŞKTC Azərbaycanın dəvəti və Türkiyənin dəstəyi ilə keçən il Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. Bu da o deməkdir ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan da ŞKTC-ni de-fakto tanıyırlar. Bu halda Qazaxıstan səfirinin yuxarıdakı bəyanatı rəsmi Astananın ŞKTC-ni de-fakto tanımasıyla ziddiyət təşkil edir". 


B.Mirzəyevin sözlərinə görə, bu cür ziddiyətli halların gələcəkdə də ortaya çıxmaması və Türk dünyasının inteqrasiya prosesinə zərbə vurulmaması üçün Türküstan dövlətləri bundan sonra qlobal, strateji məsələlər üzrə qərarlar qəbul etməzdən öncə TDT çərçivəsində Ankara və Bakı ilə məsləhətləşməlidirlər: 

"Bu gün Avropa İttifaqının Trampın yaratdığı qlobal iqtisadi və geosiyasi xaos ucbatından Türküstan dövlətlərinə məcburən qucaq açması Astana, Daşkənd, Aşqabad və Bişkekdə eyforiya və illüziya yaratmamalıdır. Çindən və Rusiyadan gələn real təhdidlər zamanı Avropa İttifaqı Türkiyə və Azərbaycanın dəstəyi olmadan Mərkəzi Asiya ölkələrinə heç bir köməklik göstərə bilməz. Həmçinin Azərbaycan və Türkiyənin logistik-tranzit dəstəyi olmadan Mərkəzi Asiya ölkələri öz məhsullarını birbaşa Avropa bazarına da çıxara bilməzlər. Avropa İttifaqı gəldi-gedərdir, müvəqqəti müttəfiqdir. Türk birliyi və gələcəkdə yaradılması nəzərdə tutulan Türk NATO-su isə bütün türk dövlətləri və xalqları üçün daimi müdafiə "çətir"i ola bilər. Ona görə də bu gün ayrı-ayrı türk dövlətləri situativ və məhəlli mənfəətlər naminə mərkəzdənqaçma davranışlarına yol verməməli, ümumtürk inteqrasiyasını heç bir halda zəiflətməməlidirlər". 

Siyasi şərhçinin zənnincə, Tramp Amerikasının dünyada yaratdığı geosiyasi və geoiqtisadi təlatümlər TDT-ni və ayrı-ayrılıqda türk dövlətlərini hazırlıqsız yaxalayıb. Məhz bu səbəbdən də Mərkəzi Asiya ölkələri özlərini bu təlatümlərdən və bütün mümkün risklərdən sığortalamaq üçün TDT-nın "çətir"i altına yığışmaq əvəzinə, dərhal Avropa İttifaqına üz tutublar. Onun sözlərinə görə, son vaxtlar Türkiyədə yaşanan məlum siyasi böhran da Türkiyənin bütün türk dövlətlərini bir araya gətirmək, yeni qlobal güc mərkəzi formalaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri