Avropa İttifaqı yeni format yaradır Azərbaycan nə qazanacaq? | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkda
Avropa mediasının məlumatına görə, bu gün Lüksemburqda keçiriləcək toplantıda yeni platformanın əsası qoyulacaq.
Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alacaq.
Toplantıda əsas müzakirə mövzusu kimi Orta Dəhliz ön plana çıxacaq.
Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər.
Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib.
Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür.
Tam oxu
Xəbəri oxu