Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Avropa İttifaqı yeni format yaradır Azərbaycan nə qazanacaq?

Avropa İttifaqı yeni format yaradır Azərbaycan nə qazanacaq?

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradır.  Avropa mediasının məlumatına görə, bu gün Lüksemburqda keçiriləcək toplantıda yeni platformanın əsası qoyulacaq.

Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alacaq. Toplantıda əsas müzakirə mövzusu kimi Orta Dəhliz ön plana çıxacaq.

Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər. Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq platformalarda iştirakı hər zaman milli maraqlar kontekstində həyata keçirilir:

“Azərbaycan bütün beynəlxalq platformalarda iştirak edir və bu, dövlət maraqlarına əsaslanır. Əsas məsələ odur ki, həmin platformalarda ölkəmizin maraqları hansı səviyyədə təmin olunur. Yeni formatda iştirak Azərbaycanın iqtisadi və geosiyasi üstünlüklərini daha da möhkəmləndirə bilər.”

Deputat qeyd edib ki, Avropa İttifaqının məqsədlərindən biri postsovet ölkələrində Rusiyanın təsirini azaltmaqdır:

“Görünən odur ki, uzun müddətir Avropa İttifaqı, Avropa ölkələri keçmiş postsovet ölkələri ilə əlaqələr yaratmaqdadır. Daha çox Rusiya təsirini azaltmağı hədəfləyirlər. Yaradılacaq növbəti beynəlxalq birlik də əslində bu məqsədi daha çox özündə ehtiva edir. Azərbaycana bununla bağlı dəvət gəlibsə və bu platformada iştirak üçün uyğun şərait yaradılıbsa, iştirakımız məqsədə uyğundur. Yeni platformada Azərbaycanın dövlət və milli maraqlarının qorunmasıyla fəaliyyəti təmin ediləcəksə, biz bundan təbii ki, dividentlər əldə edə bilərik. Nəticə etibarilə, regionda Azərbaycanın əhəmiyyəti artıb. Bu baxımdan da Azərbaycan beynəlxalq platformalar dəvət olunur”.   

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, "Şərq Tərəfdaşlığı" proqramı özünü doğruldub, əməkdaşlıq formatına çevrilə bilmədi:

“Halbuki bu ideya irəli sürüləndə düşünülürdü ki, Avropa İttifaqı ilə keçmiş sovet respublikaları - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna arasında sıx əlaqələr, əməkdaşlıq inkişaf edəcək. Amma müxtəlif səbəblərə görə bu alınmadı. Avropa İttifaqı bir ölkəni özünə daha yaxın hiss edib, digərinə ögey münasibət bəslədi”.

E.Şahinoğlu hesab edir ki, yeni yaradılacaq platformanın fəaliyyət imkanları daha geniş olacaq:

“İndi elədir ki, ortada konkret olaraq Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri var. Bu Avropa İttifaqını cəlb edir. Avropa İttifaqı bu layihədə iştirak edən Mərkəzi Asiya, Cənubi Qafqaz, eləcə də dəmir və avtomobil yollarının keçdiyi ölkələri birləşdirən format yaratmağa çalışır. Mən hesab edirəm ki, bu formatın  əaliyyət imkanları daha geniş olacaq. Çünki konkret layihə var. Layihə üzərindən yük daşıma olacaq. Bu ölkələr arasında inteqrasiya artacaq. Avropa İttifaqı da bu prosesdə iştirak etmək istəyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri