Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya diplomatik həmləsi | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır. Kamal Adıgözəlov 2025-ci ilin aprel ayı maraqlı hadisələrlə zəngindir.
Onların sırasında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri, Cənub Qaz Dəhlizi və Yaşıl enerji ilə bağlı toplantının və Səmərqənddə "Mərkəzi Asiya-Avropa İttifaqı" formatında ilk ali səviyyəli sammitin keçirilməsi xüsusi yer tutur.
Bu hadisələr üçün ortaq sayıla biləcək geosiyasi, iqtisadi, siyasi və nəqliyyat-kommunikasiya xarakterli məsəllərin təhlilinə ekspertlər böyük diqqət yetirirlər.
Azərbaycanın regional və regionlararası miqyasda fəaliyyətinin geosiyasi araşdırılması baxımından bu mövzu ciddi əhəmiyyət kəsb edir.
Almaniya Cənubi Qafqazda fəallaşır Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri, ən azı, üç səbəbdən maraq doğururdu.
Birincisi, uzun fasilədən sonra Almaniya rəhbərini Cənubi Qafqaza gətirən səbəblər müəyyən düşüncələrə yol açırdı.
İkincisi, F.-V.Ştaynmayerin Ermənistanda söylədiyi bəzi fikirlər və onun rəsmi instaqram səhifəsində Qarabağdakı keçmiş separatçıların "bayrağı"nın yer alması suallar doğurmuşdu.
Üçüncüsü, Aİ-nin Mərkəzi Asiyaya marağının daha da artmasında Cənubi Qafqaz faktorunun rolunu Almaniya Prezidentinin dilindən eşitmək maraqlı idi.
Tam oxu
Xəbəri oxu