Icma.az
close
up
RU
Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya diplomatik həmləsi

Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya diplomatik həmləsi

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Kamal Adıgözəlov

2025-ci ilin aprel ayı maraqlı hadisələrlə zəngindir. Onların sırasında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri, Cənub Qaz Dəhlizi və Yaşıl enerji ilə bağlı toplantının və Səmərqənddə "Mərkəzi Asiya-Avropa İttifaqı" formatında ilk ali səviyyəli sammitin keçirilməsi xüsusi yer tutur. Bu hadisələr üçün ortaq sayıla biləcək geosiyasi, iqtisadi, siyasi və nəqliyyat-kommunikasiya xarakterli məsəllərin təhlilinə ekspertlər böyük diqqət yetirirlər. Azərbaycanın regional və regionlararası miqyasda fəaliyyətinin geosiyasi araşdırılması baxımından bu mövzu ciddi əhəmiyyət kəsb edir.

Almaniya Cənubi Qafqazda fəallaşır

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri, ən azı, üç səbəbdən maraq doğururdu. Birincisi, uzun fasilədən sonra Almaniya rəhbərini Cənubi Qafqaza gətirən səbəblər müəyyən düşüncələrə yol açırdı. İkincisi, F.-V.Ştaynmayerin Ermənistanda söylədiyi bəzi fikirlər və onun rəsmi instaqram səhifəsində Qarabağdakı keçmiş separatçıların "bayrağı"nın yer alması suallar doğurmuşdu. Üçüncüsü, Aİ-nin Mərkəzi Asiyaya marağının daha da artmasında Cənubi Qafqaz faktorunun rolunu Almaniya Prezidentinin dilindən eşitmək maraqlı idi. O cümlədən iki ölkə arasında əlaqələrin həm regional, həm də regionlararası konteksti vacib məsələdir.

Həmin kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri mövcud vəziyyəti dəqiq ifadə edir: "Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır".

Almaniya Prezidenti Azərbaycanla münasibətlərə dünyada "çox sürətli və dramatik dəyişikliklərin" baş verməsi rakursundan yanaşdığını ifadə etmişdir. Yəni, Almaniya Azərbaycanı artıq regional miqyası aşaraq, qlobal masştabda təsiri olan güc kimi qəbul edir. Digər tərəfdən, Berlin Azərbaycanı inkişaf etmiş məkan kimi qəbul edir. Buradan dünya üçün əhəmiyyəti olan "ticarət yolları keçir". Bu amil dünyanın "birləşməsinə əsas ola bilər". Bu iki tezis əsasında F.-V.Ştaynmayer ümumi fikrini belə ifadə edir: "Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək".

Almaniya Prezidentinin vurğulanan tezisinin ciddi əsasları vardır. Onlar aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında və həmin gün Səmərqənddə baş tutan Mərkəzi Asiya-Avropa İttifaqı sammitində müzakirə olunan məsələlərin məzmunu, mahiyyəti və hədəfləri prizmasından da aydın görünür.

Bakı: əməkdaşlığın gücləndirilməsi və enerji təhlükəsizliyi

Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı tədbirin keçirilməsi Cənubi Qafqazla Avropanın enerji sahəsində əməkdaşlığının gücləndirilməsi baxımından prinsipial əhəmiyyət daşıyır. Burada həm də Yaşıl enerji üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirin iki əsas məqsədini ifadə edərək demişdir: "...Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı... İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir...".

Ekspertlər bu məqsədlərin, sözün həqiqi mənasında, geniş geosiyasi məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətinə nail olmağa imkan verdiyini vurğulayırlar. Eyni zamanda, məsələnin bu aspektinin Səmərqənddə keçirilmiş Mərkəzi Asiya-Aİ sammitində müzakirə edilən məsələlərlə uzlaşdığını görürük.

Səmərqənd: Aİ-Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

Bir sıra ekspertlər həmin sammiti hətta "yeni geosiyasi epoxanın başlanğıcı" kimi qiymətləndirirlər. Səmərqəndin "qədim İpək Yolunun ürəyi" kimi təsəvvür edilməsinin işığında bu tezis mənalı görünür. Qlobal geosiyasət baxımından isə Səmərqənd sammiti "dünya dövlətlərinin diqqət fokusunun dəyişməsi" kimi xarakterizə edilir. Həmin dəyişmə məkanı Mərkəzi Asiyadır ki, orada "Çin, Rusiya, ABŞ, Türkiyə və indi də Avropanın maraqları kəsişir".

Səmərqənddə müzakirə edilən məsələlərdə Aİ-Mərkəzi Asiya münasibətlərinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsinin siyasi, geosiyasi, iqtisadi, enerji, nəqliyyat, logistika, informasiya və s. aspektləri təhlil edilmişdir. Tərəflər milyardlarla ABŞ dolları həcmində ortaq layihələrin həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər.

Bunlardan başqa, Səmərqənd sammitində qlobal geosiyasi proseslər kontekstində mühüm olan bir neçə məsələ müzakirə edilmişdir. Bu xüsusda iki məsələ – əlvan metallar sahəsində əməkdaşlıq və Orta Dəhliz layihəsi xüsusi seçilir.

Əlvan metallar – böyük güclərin yeni rəqabət sahəsi

Səmərqənd sammitinə ekspertlər, əsasən, bu problem kontekstində geosiyasi qiymət verirlər. Lakin bu məsələ, sadəcə, əlvan metallar sahəsində əlaqələrin qurulması deyildir, çünki özlüyündə geosiyasi faktor və tərəflərin iqtisadi maraqları ciddi yer tutur. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen aşağıdakı kimi ifadə etmişdir: "Burada xammalın çıxarılması və istismarı ayrıca yer tutur. Ancaq Avropa başqa bir şey də təklif edir. Biz yerli sənayenin inkişafında tərəfdaşınız olmağı istəyirik". Ursula fon der Lyayen sözlərinə davam edərək vurğulayır ki, Aİ xammal dəyərinin yaradılmasındakı bütün proseslər zəncirində iştirak edə bilər.

Aİ-nin məsələni bu cür qoyması təsadüfi deyildir. Çünki Mərkəzi Asiyada eyni təklifləri Çin, Rusiya, ABŞ və Türkiyə də etmişdir. Deməli, ciddi rəqabət mövcuddur. Buna görə də Brüsselin Orta Dəhliz məsələsini də aktuallaşdırması uzağa gedən məqsədlərə bağlıdır.

Aİ: Orta Dəhliz və Zəngəzur

Nəqliyyat əlaqələri və kommunikasiya aspektində F.-V.Ştaynmayerin Cənubi Qafqaz turnesi ilə Cənub Qaz Dəhlizi ilə bağlı Bakı tədbiri və Aİ-Mərkəzi Asiya sammitinin ortaq məqamları aydın olur. Çünki Avropa əlvan metalları və enerjidaşıyıcılarını təhlükəsiz və sabit halda əldə etmək üçün Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid kommunikasiya sistemində birləşdirməlidir. Orta Dəhliz həm də Aİ-nin Çinin qlobal layihəsi çərçivəsində böyük gəlir əldə etməsi ilə əlaqəlidir. Orta Dəhlizin Qafqaz seqmentinin "ürəyi"ni də Zəngəzur Dəhlizi təşkil edir. Məhz bu kimi gerçəkliklərə görə, F.-V.Ştaynmayer Azərbaycan səfərində son dərəcə praqmatik görünməyə çalışmışdır.

Ancaq burada mövcud olan bir sıra ziddiyyətli məqamların aradan qaldırılması zəruridir. Onların mərkəzində Ermənistanın Azərbaycanın təklifləri əsasında sülh sazişini imzalaması durur. Çünki Azərbaycan Prezidenti açıq ifadə etmişdir: Ermənistan konstitusiyasında dəyişiklik etməsə və ATƏT-in Minsk qrupunun buraxılmalı olduğunu rəsmən elan etməsə, sülh müqaviləsi imzalanmayacaq.

Bu, həm də dünyaya açıq mesajdır: bəzi dairələrin Ermənistandan gələcəkdə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək arzusundan asılı olmayaraq, Azərbaycan özünü müdafiə etməyi təmin edəcəkdir! Bu mesajı Almaniyanın Prezidenti əyani dialoqda aldı.

Dialoqun davamı

Həm Almaniya Prezidentinin Bakıya səfəri, həm də Aİ-Mərkəzi Asiya sammiti göstərdi ki, Türk dünyası ilə Avropanın dialoqu davam etməlidir. Türk dövlətləri artıq dünya miqyasında mövqeyi olan və onu qorumağı bacaran yetkin qüvvədir. Üstəlik, onlar Türk Dövlətləri Təşkilatında birləşmişlər. Orada aparıcı rolu Azərbaycan oynayır. Buna görə də Azərbaycanla dialoq Qərb üçün çox vacibdir. Bizcə, proses davam edəcək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri